NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan edildi
Park INN Radisson -da NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirildi.
Rəsmi şəraitdə NETTY akademikləri cari ildə 16 nominasiya üzrə ən yaxşı milli veb-resursların və layihələrin adlarını elan etdilər. Mərasimin əvvəlində tədbirin iştirakçıları bir dəqiqəlik sükutla 19 may faciəsinin qurbanlarını yad etdilər.
Ölkənin iri İT-şirkətlərin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak etdilər. Tədbirin yekunu üzrə video hesabat və fotoşəkillər www.netty.az saytında və sosial şəbəkədə www.fb.com/NETTYAWARD yerləşdiriləcək.
1. Dövlət saytı :
Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti www.facebook.com/tabaskonline. BakuTel sərgisi, SmartHost şirkəti.
Tədbirə İnformasiya dəstəyini 1news.az , Infocity.az , Oxu.az, Disput.az, Smartfon.az, Inet.az göstərir.
Müsabiqənin əsas prizi NETTY heykəlciyidir. KATV1 tərəfindən bütün qaliblərə Myvideo Smart Box “ağıllı” cihaz hədiyyə verilmişdır, hansı ki hər bir qoşulan televizoru Smart TV-yə çevirə bilir. Həmin avadanlığın köməyi ilə internet vasitəsilə yerli və xarici televiziya kanallarını izləmək, adi TV-də sosial servislərdən istifadə etmək mümkündür. SmartHost.az şirkəti bütün nominantlara hostinq-paketlər hədiyyə etdi, hər qalibə isə AZ domenində pulsuz qeydiyyatdan keçməyə imkan yaratdı.
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.