Ən ucuz aviabiletlər sözünə saytda tez tez rast gəlirik nəyə əsasən "ƏN" ucuzdur. Məsələn Bakı - Phuket axtardım dərhal Phuket dəyişdi oldu Pxuket. Eyni aviareys google flight-da 1329 azn saytda isə 1361 azn gəldi. Dizayn və funksionallıqla bağlı həmkarlarıma qatılıram. Əlavəm və istəyim isə saytda ən ucuz olması vurğulanmaq əvəzinə əsaslandırılsa faydalı olardı. Saytda Aviabilet qiymətləri ilə bağlı xatırlatma, uyğun gedilə biləcək yerlər və qiymətlərlə bağlı araşdırma etmə və s. imkanlar olsa faydalı olardı. Təkmilləşdirmə lazımdır uğurlar arzu edirəm.
Sayt formal xarakter daşıyır. Vebdizayn adına zəifdir. Menuda bölmələrin heç biri işləmir. Otellər bölümü Bookingə keçid edir. Footerdəki bölümlərin heç birinə keçid tətbiq olunmayıb. Çatışmayan çox vəziyyətlər mövcuddur. Bilet axtarış bölümünü təyinatı üzrə axtarış tətbiq etdikdən sonra tamam başqa bir sayta keçid edilir. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir.
Sadə dizaynlı saytdır. Saytın üst hissəsi yaxşıdır. Reys axtarmaq hissəsini yenidən dzayn etmək olar. Footer hissədəki mavi rəng adamın gözünü çox yorur.
Sayt fərdi dizayn və fərdi kodlaşdırmadan istifadə etməmiş, açıq mənbəli "Tilda" CMS platforması vasitəsilə hazırlanmışdır. Bu yanaşma saytın unikal xüsusiyyətlərini məhdudlaşdırır və vizual cəhətdən peşəkar təsir bağışlamır. Belə bir yanaşma, xüsusilə daha geniş funksionallıq və fərqlənən dizayn tələb edən layihələr üçün kifayət qədər uyğun deyil.