RU
Facebook
VEBSAYTLAR
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT
https://azstand.gov.az/az
Azstand
Azstand-ın internet saytı İnstitutun gördüyü işlər barədə məlumatlar dərc edərək həm istehlakçıları, həm də sahibkarları maarifləndirir. Saytda xidmətlər bölməsi var ki, burada standartların elektron satışı, sertifikatlaşdırma, laboratoriyalar barədə məlumat əksin tapıb. Siz standartların elektron satışına daxil olaraq rahat və vaxt itkisi olmadan sertifikat əldə edə bilərsiniz. Bu sahibkarlar üçün vacib amillərdən biridir. Saytda çat bölməsi aktivləşdirilib. Bu da əlçatanlığı asanlaşdırılıb.
https://azstand.gov.az/az
Azstand
Azstand-ın internet saytı İnstitutun gördüyü işlər barədə məlumatlar dərc edərək həm istehlakçıları, həm də sahibkarları maarifləndirir. Saytda xidmətlər bölməsi var ki, burada standartların elektron satışı, sertifikatlaşdırma, laboratoriyalar barədə məlumat əksin tapıb. Siz standartların elektron satışına daxil olaraq rahat və vaxt itkisi olmadan sertifikat əldə edə bilərsiniz. Bu sahibkarlar üçün vacib amillərdən biridir. Saytda çat bölməsi aktivləşdirilib. Bu da əlçatanlığı asanlaşdırılıb.
Paylaş

fikir
məzmun
icra
0
0
0
EKSPERTLƏRIN ŞƏRTLƏRI SUBYEKTIV VƏ TÖVSIYƏVI XARAKTER DAŞIYIR

04.12.2024 Vaqif Axundov
1."Resurslarımız" bölməsində rəqəmlərin üzərində fikirə əsasən loqo və ya hər hansı kiçik ikonka olmalı idi, lakin ingilis versiyasına keçid zamanı həmin ikonkalar itir və geri qayıtmır. 2.Şəkildəki mətn və saytın özündəki məlumat bir-birinin üzərinə düşür və buna görə oxunmaz olur. 3.İngilis dilinə tərcümə zamanı bəzi səhvlərə yol verilib.

04.12.2024 David Khripunov
Сайт не плохой, но над слайдером надо поработать две надписи налезают друг на друга, главная слега перегруженно большим количество мелких элементов. Мнение ИИ касательно главной страницы сайта. Для оценки UX/UI данной главной страницы, я проведу разбор на основе ключевых аспектов дизайна, юзабилити и функциональности. Плюсы: Четкая структура: Навигация хорошо организована, с разделами, которые логично группируют информацию (например, "Стандартизация", "Сертификация", "Услуги"). Главная навигационная панель интуитивно понятна и доступна. Визуальная иерархия: Главный баннер с крупным изображением и заметным заголовком сразу привлекает внимание. Использование иконок в секции услуг помогает быстро понять содержание. Информативность: Новости ("Xəbərlər") на видном месте — актуальная информация всегда в центре внимания. Раздел "Ən çox tələb olunan standartlar" делает акцент на популярных услугах, что полезно для пользователей. Современный стиль: Чистый, профессиональный вид, соответствующий государственной структуре. Хорошо подобранные цвета: синий создает ощущение доверия и надежности. Недостатки: Насыщенность контента: Страница кажется перегруженной текстом и элементами, что может отпугнуть пользователей. Меньше значимые элементы стоит скрыть за кликами. Малое вовлечение: На главной странице не хватает интерактивности (например, анимаций или всплывающих подсказок). Форма обратной связи ("Bizə yazın") в углу выглядит второстепенно и не привлекает внимания. Мобильная адаптивность: Пока неясно, как страница будет выглядеть на мобильных устройствах. Если элементы останутся такими же плотными, это усложнит навигацию. Нехватка визуального акцента: Важные элементы, такие как "Ən çox tələb olunan standartlar", не имеют выделения (например, фонового цвета или разделителей), что делает их менее заметными. SEO и доступность: Тексты и заголовки не отличаются сильным визуальным контрастом от фона, что может быть проблемой для людей с нарушениями зрения. Рекомендации для улучшения: Сократить объем информации: Спрятать второстепенные блоки (например, "Faydalı keçidlər") под вкладки или аккордеоны. Добавить интерактивные элементы: Ввести анимации или hover-эффекты на иконки и кнопки. Оптимизировать мобильный вид: Проверить, как элементы отображаются на мобильных устройствах, и при необходимости упростить интерфейс. Визуальные акценты: Сделать важные разделы (например, "Ən çox tələb olunan standartlar") более заметными через использование цвета или теней. Улучшить доступность: Увеличить контрастность текста, особенно для мелких заголовков. Итоговая оценка: UX: 7/10 — есть логика и структура, но требует упрощения. UI: 6.5/10 — визуально привлекательно, но перегружено и недостаточно интерактивно. Реализация предложенных улучшений сделает страницу более удобной и привлекательной для пользователей.

04.12.2024 Əkbər Əsədov
Saytın əsas problemi slayderin arxa fon fotoları üzərindəki yazıların oxunaqlığını çətinləşdirməsi və bəzi vizual elementlərin, xüsusilə loqolarla üst-üstə düşən yazıların səliqəsiz görünməsidir. Ümumi dizayn boğucu rəng seçimi və şriftlərin müxtəlifliyi ilə vahid görünüşdən uzaqdır. Əsas səhifənin Top menyusu ilə digər bölümlərin menyuları arasında dizayn və ölçü fərqləri var, bu isə istifadə təcrübəsini mənfi təsir edir. Məlumatın bolluğu və qarışıqlığı məlumat tapmağı çətinləşdirir. Axtarış funksiyası effektiv işləmir, istifadəçilər axtardıqları məlumatı tapmaq üçün əlavə vaxt sərf etməli olurlar. Slayder isə saytın ümumi estetik görünüşünü pozur. Bu problemlər saytın həm vizual cəlbediciliyini, həm də funksionallığını zəiflədir, buna görə də dizayn, funksional uyğunluq və texniki struktur üzrə təkmilləşdirmələrə ehtiyac var. İdeya isə yaxşıdır belə bir saytın mövcudluğu sevindirici haldır təkmilləşdirildiyi halda daha faydalı ola biləcəyini dəstəkləyirəm.

04.12.2024 Aytən Allahverdiyeva
Slayderdə arxa fon fotolar onun üzərindəki yazıların oxunaqlığını çətinləşdirir. İlk slaydda ön yazıların birbaşa loqoların üzərində olması səliqləsiz görünür. Rəng seçimində ümumi boğuculuq var Menunun bütün bölümlərinə keçiddə Mühüm linklər və Faydalı keçidlər bölümü daim akktiv qalır, ümumi görünüşdə informasiya çoxluğu qarışıqlıq yaradır

01.12.2024 Rəşad Mehdiyev
Saytın fonu bozdur və bir az boğucudur. Eyni zamanda əsas səhifədə slayderdə fotolar arxa fondadır və üzərində digər bölmələrin ikonları vardır. Xəbərlər bölməsində tarix qeyd olunub. Azərbaycan dilinin qrammatikasında təqvim ayları balaca hərflərlə yazılır və aydan sonra vergül olmur. Bu ingilis versiyası üçün məqbuldur. Əsas səhifədə yuxarı dairədə düymələrdə (button) yazılar və şriflər bir cür, digər səhifələrə keçdikdə isə fərqli düymələr və fərqli ölçülər. Saytın müxtəlif yerlərində şrift növləri də fərqlidir. Ümumi bir font qəbul olunmayıb.

01.12.2024 Mahir Mədətov
Saytın slayderini heç sevmədim. Bəzilərində arxa fonda fotolar var, bəzilərində yoxdur. Onun aşağısında çıxan menyu slayderin görüntüsünü korlayır. Axtarış edəndə ancaq başlıqlar verilir və orada da həmin axtardığın söz çıxmır. Məcbur olursan daxil olub içərisinə baxasan ki. bu söz üzrə məlumat həqiqətən varmı. Bold ilə işarələyib nəticədə çıxarmır. Narahatdır bu baxımdan da.

01.12.2024 Elçin BAYRAM
Main menu çox həssasdır. Digər bölümlərdə saytda fəaliyyəti davam etdirmək üçün çətinlik yaradır. İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Lazım olan məlumatı tapmaq üçün istifadəçi çox saylı klikləmə etməməlidir. Standart axtar bölümündə Sözlə axtar motoru işləmir. 20-ə yaxın mövcud sözləri əlavə edib axtardım. Tapmadı. Slayderdə arxa fonda gedən logolar fikri yayındırır. Ümumiyyətlə slayder saytın qismət estetikliyini pozur. Əsas səhifənin Top menyusu ilə digər bölümlərin top menyusu fərqlidir. (yazıların ölçüləri, buttonların style-ı və s.) Faydalı keçidlər bölümündəki yazılar çox xırdadır. Baş səhifənin HTML mətni səliqəsiz vəziyyətdədir.
// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
KİBERTƏHLÜKƏSİZLİK ÜZRƏ PARTNYOR
INFORMASIYA TƏRƏFDAŞLARI
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY