Eyni vəziyyəti bu tətbiq üçündə demək istəyirəm. Bu nominasiyaya uyğun olmadığını düşünürəm. Mobil tətbiqin daha çox istifadəçi tərəfindən yüklənməsi üçün effektiv strategiyalar tətbiq olunması tövsiyyə olunur
İdeya kifayət qədər yaxşıdır və tətbiqin dizaynı da normal hazırlanmışdır. Tətbiqin App Store platformasına əlavə edilməsi də faydalı olardı, çünki bu, daha geniş istifadəçi kütləsinə çatmağa imkan verərdi.
Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində qiymətlər demək olar ki, eynidir. Buna görə də tətbiq əsasən məntəqələrin yerini öyrənmək və ya müəyyən əlavə xidmətləri yoxlamaq üçün istifadə oluna bilər.