Scapp, Naxçıvanda fəaliyyət göstərən onlayn ticarət və xidmət platformasıdır və istifadəçilərə e-ticarət, aptek, restoran, supermarket, daşıyıcı xidməti, taksi xidməti və səyahət kimi müxtəlif xidmətlər təklif edir. Bu platforma həm yerli istehsalçılarla, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək geniş məhsul çeşidini təqdim edir və çatdırılma prosesini təşkil edir. Scapp e-ticarət və xidmət sahəsində müasir POS sistemləri və API inteqrasiyası ilə effektiv idarə olunmanı təmin edir.

Paylaş
идея
содержание
исполнение
93
68
70
КОММЕНТАРИИ ЭКСПЕРТОВ НОСЯТ СУБЪЕКТИВНЫЙ И РЕКОМЕНДАТЕЛЬНЫЙ ХАРАКТЕР
Tətbiqə daxil olduğum zaman yer icazəsini verdiyim üçün tətbiqdən istifadə edə bilmədim. Ümumilikdə, təqdim olunan ekran görüntülərindən tətbiqin yaxşı dizaynının olduğunu qeyd edə bilərəm. İdeya baxımından yaxşıdır. Hal-hazırda Naxçıvanda bu bazarda vəziyyət haqqında məlumatım yoxdur. Əgər bu seqmentdə böyük brendlər mövcuddursa, tətbiqin liderliyi qorumaq və müştəriləri cəlb etmək üçün güclü bir reklam büdcəsinə sahib olması vacibdir.
Maraqlı təşəbbüsdür. Girişdə dil seçiminin olması əladır. Tətbiqin məzmunda Azərbaycan dili versiyasında olmasına baxmayaraq ingilis dilində bəzi sistem mətnləri ilə rastlaşırıq. Ümumilikdə, dizayn istifadəçi dostudur və funksionallıq baxımından kifayət qədər rahatdır. Məxfilik siyasəti bölümü mövcuddur. Düşünürəm ki, gələcəkdə tək Naxçıvan deyil bütöv Azərbaycan üzrə fəaliyyətini genişləndirərsiniz. Ümumilikdə xırda vəziyyətləri nəzərə almasaq tətbiqi qənaətbəxş hesab etmək olar. Fəaliyyətinizdə uğurlar.
Ideya əladır sırf Naxçıvan üçün edilməsi baxımından.
Məzmun tərəfdən xətalar və çatışmazlıqlar var. Məsələn bəzi uğurlu əməliyyatlar ingiliscə çıxır halbuki app öz dilimizə istifadə olunur. Bank kartı ilə ödənişdə Kapitalbank ilə ödəniş yazılıb. Bu yanlış mesaj verir. Payment platforma banka aiddir yalnız amma burada verilən mesajdan elə anlaşılır ki yalnız Kapitalbank kartı ilə ödəmək lazımdır.
Naxçıvanda olmadığımdan təəssüf sifariş edə bilmədim. Amma ümumilikdə ideya və reallaşdırmaya görə alqış düşür.
Çatışmayan cəhətlər də aradan qalxsa tam funksional app olar.
Uğurlar!