SnackPack gənclər tərəfindən yaradılmış mobil tətbiqdir, hansı ki, Restoran, Otel və Kafelər bu mobil tətbiqlə axşama qədər mövcud olan yeməkləri endirimli qiymətlərlə müştərilərə təqdim edirlər. Artıq 30+ partnyoru və 6000-dən çox istifadəçisi olan SnackPack, əks halda tullantıya gedəcək qidaları satmağa kömək etməklə Planetimizin çirklənməməsi və qidanın səbəbsiz yerə itirilməməsi üçün öz töhvəsini verir.
SnackPack gənclər tərəfindən yaradılmış mobil tətbiqdir, hansı ki, Restoran, Otel və Kafelər bu mobil tətbiqlə axşama qədər mövcud olan yeməkləri endirimli qiymətlərlə müştərilərə təqdim edirlər. Artıq 30+ partnyoru və 6000-dən çox istifadəçisi olan SnackPack, əks halda tullantıya gedəcək qidaları satmağa kömək etməklə Planetimizin çirklənməməsi və qidanın səbəbsiz yerə itirilməməsi üçün öz töhvəsini verir.
Paylaş
идея
содержание
исполнение
92
77
78
КОММЕНТАРИИ ЭКСПЕРТОВ НОСЯТ СУБЪЕКТИВНЫЙ И РЕКОМЕНДАТЕЛЬНЫЙ ХАРАКТЕР
Ребята — молодцы, идея отличная! Единственное, нужно предложить более разумную ценовую политику со стороны партнеров. Также стоит доработать дизайн и добавить несколько опций. В остальном — всё хорошо.
Tətbiq, həm istehlakçılar, həm də biznes fərdləri üçün çox uyğun bir ideyaya əsaslanır. Özümün də istifadə etməyi düşündüyüm bir tətbiqdir. Dizayn sadədir, lakin bir az rəng əlavə edilməsi tətbiqin görünüşünü daha cəlbedici edə bilər. Ümumilikdə, tətbiqi yaxşı qiymətləndirirəm.
İdeya çox maraqlıdır və innovativdir. Bir neçə məqamlar vardır ki, diqqət yetirmək lazımdır. Tətbiq sadə, əlçatan, anlaşılan formada dizayn edilmişdir. Uİ/UX funksionallığı və rəng çalarları uyğun seçilmişdir. App istifadə edənlərin şərhlərinə baxdım və tətbiqin inkişaf etdirilməsi üçün istifadəçilər tərəfindən maraqlı təkliflər verilmişdir. Yaxşı olar ki, komanda bu qeydləri nəzərə alsın. Ümumilikdə qida təhlükəsizliyi və digər normativ qaydaları da inteqrasiya edilməsi məqsədə uyğundur. Uğurlar!
Faydalı bir startapdır. UX/UI dizaynı sadə və funksionaldır. İstifadəçilər üçün mükafatlandırma (Gamifikasiya) sisteminin olması əladır. Məxfilik siyasəti bölümü mövcuddur. Bu isə məlumat təhlükəsizliyi və performansı şəffaf şəkildə istifadəçilərə təqdim olunmasını göstərir. Bu kimi mobil tətbiqlər ekoloji, iqtisadi və sosial sahələrdə dayanıqlılığı təmin edir. Dünyaya təbiəti qorumaq imkanı, istifadəçilərə sərfəli və məsuliyyətli seçimlər, tərəfdaşlara isə əlavə gəlir və müsbət reputasiya qazandırır. Belə təşəbbüslər gələcək nəsillər üçün daha yaşıl bir planet və daha ədalətli bir cəmiyyət təmin etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Bu kimi startaplara AzNET-də çox ehtiyac var. Tövsiyyələrim, aşağıdakı kimidir: SnackPack-lə bağlı detallı məlumatlandırıcı video animasiya çarxının hazırlanması (bu tətbiqin məqsədini və istifadəsini daha da aydın göstərəcəkdir), Asan qeydiyyat və girişin optimallaşdırılması (sürətli giriş), funksional imkanların genişləndirilməsi, Personalizasiya - İstifadəçinin zövqünə uyğun fərdi təkliflər (məsələn, qida seçimlərinə və ya coğrafi yerə əsaslanan bildirişlər). Bütün fəaliyyətinizdə bol müvəffəqiyyətlər arzu edirəm.
İdeya maraqlıdır və fərqlidir. Buna görə alqışlayıram!
Kontentdə dil fərqinə görə qarışıqlıq var.
Sürpriz qutuda nəyin olduğu öncədən açıqlansa yaxşı olar. Bəlkə almaq istəyən şəxsin ürəyincə olmayacaq?
Bu məqam narahat etdi açığı.
Payment hissədə niyə kartın ancaq 6 rəqəmi istənilir? məncə birbaşa bütün məlumatlar istənilsə yaxşı olardı çünki çoxsunda çaşqınlıq yarada bilər.
Birdə günün sonuna qalan satılmayan qidaların keyfiyyətinə dair zəmanətin verilməsinə aid güvən verən bir sənəd ya məlumat olsa gözəl olardı.
Qeydiyyat prosesinin tək nömrə ilə olmaması narahatdır. Qeydiyyat və mail təsdiqi prosesi zamanı tətbiqdə iki üç dəfə Instagramda bizi izlə pop-up ı çıxdı, o narahat etdi məni şəxsən