AZ
Facebook
СОЦИАЛЬНЫЕ КАНАЛЫ И СТРАНИЦЫ
// БИЗНЕС И ПРЕДПРИНИМАТЕЛЬСТВО
https://www.youtube.com/@shabnamhumbatova/videos
Marketing Talks
“Marketing Talks” ana dilimizdə biznes və marketinq mövzularına fokuslanmış YouTube rubrikasıdır. Ölkəmizdə biznes/marketinq gündəmi, aktual problemləri, baş vermiş yanlışlar, sınaqdan keçirilmiş doğrular mövzularında olmaqla bu istiqamətdə təhsil, maariflənmə məqsədinə xidmət edir. 3-lü formatda təşkil edilən podkast Əli Bədəlov və Şəbnəm Hümbətovanın təqdimatında təşkil edilir. Qonaq qismində tək yerli sahibkarlar və marketinq mütəxəssisləri deyil eyni zaman xarici həmsöhbətlər dəvət edilir.
https://www.youtube.com/@shabnamhumbatova/videos
Marketing Talks
“Marketing Talks” ana dilimizdə biznes və marketinq mövzularına fokuslanmış YouTube rubrikasıdır. Ölkəmizdə biznes/marketinq gündəmi, aktual problemləri, baş vermiş yanlışlar, sınaqdan keçirilmiş doğrular mövzularında olmaqla bu istiqamətdə təhsil, maariflənmə məqsədinə xidmət edir. 3-lü formatda təşkil edilən podkast Əli Bədəlov və Şəbnəm Hümbətovanın təqdimatında təşkil edilir. Qonaq qismində tək yerli sahibkarlar və marketinq mütəxəssisləri deyil eyni zaman xarici həmsöhbətlər dəvət edilir.
Paylaş

идея
содержание
исполнение
92
90
84
КОММЕНТАРИИ ЭКСПЕРТОВ НОСЯТ СУБЪЕКТИВНЫЙ И РЕКОМЕНДАТЕЛЬНЫЙ ХАРАКТЕР

07.12.2024 Emin Yusifov
эти в закладки - кажется годный материал и наши реалии

06.12.2024 Bahruz Gurbanov
Хороший канал, видно, что ребята делают его с душой. Единственное, формат ведущих и гостей не совсем ясен: вопросы адресуются как гостю, так и одному из ведущих. Кроме того, рассадка выглядит немного запутанно - Нет четкого понимания, кто кого интервьюирует.

06.12.2024 Agarajab Jafarov
Sevərək izləyirəm)

06.12.2024 Məhəmməd İbadlı
Bazarın ehtiyacını təmin edəcək və trendə uyğun bir layihədir. Uğurlar

06.12.2024 Mehman İsgəndərov
Sevərək izlədiyim bir YouTube kanalıdır. Kanalın təqdim etdiyi kontent, dizayn və montaj çox zövqlə hazırlanıb. Hər biri izləyicilərin marağını cəlb edəcək şəkildə təqdim olunur. Lakin, bir tövsiyəm var: videoların keyfiyyətinin artırılması üçün, onları 2K və ya 4K ölçülərində də paylaşmaq faydalı olar.

05.12.2024 David Khripunov
Полезно

05.12.2024 Əkbər Əsədov
Bəyənərək izlədiyim layihələrdəndir. Məyus edici hal bu cür layihənin podcast olaraq lazımından az izlənməsidir. Səbəb olaraq isə paylaşımlar üzərində yetərincə çalışılmadığını düşünürəm. Sadəcə youtube üzərindən uzun format paylaşılır və nadir hallarda short paylaşımlara rast gəlinir. Lakin 1 saatlıq podcast paylaşımların hər birindən minimum 3-4 short video təqdim etmək olar ki, onlardan ən az biri mütləq video paylaşımından öncə teaser kimi olmalıdır. Videolarda salamlama hissəsi uzun tutulur bu halda müsahibənin ən maraqlı yerindən qısa bir hissə öndə yayım edib daha sonra salamlamadan başlamaq olar. Videoların daxilində maraqlı rubrikalara yer vermək olar. Çağırılan qonaqlardan təcrübələrində olan ən maraqlı keyslərdən biri ola bilər və ya hər hansı tövsiyyələr lakin uzun məlumatlandırıcı cümlələr deyil daha çox qısa və aydın fikirlər ki, bu məlumatları həm də short paylaşım edə bilərsiniz. İstənilən halda bu fikirlər sadəcə izləyicilər üçün maraq artıra biləcək kiçik detallardır inanıram ki, tərəfinizdən bu istiqamətlər düşünülüb və yaxın gələcəkdə lazımlı dəyişikliklərlə daha maraqlı edəcəksiniz. Yekunda isə faydalı və maraqlı hesab edirəm uğurlar arzu edirəm. !

04.12.2024 Malik Rashidov
Maraqlıdır, sadəcə uğurlar..

04.12.2024 Aytən Allahverdiyeva
Maraqlı və faydalı kanaldır. Videoların info bölümləri uğurlu hazırlanıb.

03.12.2024 Mahir Mədətov
Podkastın yeni yaranmasına baxmayaraq gözəl və faydalıdır. Bircə öncə expert həmkarlar qeyd etdiyi kimi descriptionun rus dilində olması qəribə gəldi. Ola bilər SEO üçün nəzərdə tutulub onu dəqiq deyə bilməcəyəm. Maraqlı qonaqlar və mövzular var. Bəyəndim. Uğurlar arzu edirəm!

03.12.2024 Rəşad Mehdiyev
Kanalın mövzusu Marketing Talks-dur. Linkə daxil olanda başqa bir kanala daxil olduğumu zənn etdim. Sonra yenidən baxandan sonra düzgün linkə daxil olduğumu gördüm. Açıqlamada ana dilimizdə qeyd olunub, lakin kanalın adı rus dilində, kanalda haqqında bölməsində rus dilində qeyd olunub. Videolara gəlincə isə maraqlı kontentdir.

02.12.2024 Elçin BAYRAM
Kanal Azərbaycan dilli auditoriya üçün fəaliyyət göstərirsə, tövsiyyə olunur ki açıqlama bölümündə qeyd etdiyiniz yazını rus dilindən ana dilimizə tərcümə edəsiniz. İzləyicilər ilə əlaqə qurmağınız tövsiyyə olunur. Şərhlərə demək olar ki, cavab vermirsiniz. Onlara qoşularaq aktivliyi və maraqları artıra bilərsiniz. Çapraz əlaqələndirmə: Videolarınız arasında əlaqələr qurulması və "əvvəlki videoları izləyin" kimi çağırışlar edilməsi tövsiyyə olunur. Həmçinin Call to Action (CTA) - Hər videonun əvvəlində və ya sonunda izləyiciləri kanalınıza abunə olmağa dəvət etməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar
// ПАРТНЕРЫ
Партнёры и друзья конкурса
ГЕНЕРАЛЬНЫЙ ПАРТНЕР
ОФИЦИАЛЬНЫЙ ПАРТНЕР
ПАРТНЕРЫ
ПАРТНЕР ПО КИБЕРБЕЗОПАСНОСТИ
ИНФОРМАЦИОННЫЕ ПАРТНЕРЫ
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY