Creative Director
AzCoin Team Member
ŞƏRHLƏR
Qiymət VERMƏDİYİNİZ kateqoriyalar :
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / VEBSAYTLAR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// ELM, TƏHSİL VƏ İNNOVASİYA / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / VEBSAYTLAR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
// SƏHİYYƏ, İDMAN VƏ TURİZM / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / VEBSAYTLAR
// İNFORMASİYA VƏ XƏBƏRLƏR / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / VEBSAYTLAR
// MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Tam qiymət VERMƏDİYİNİZ kateqoriyalar :
Qiymət verdiyiniz resurslar :
"ABAD" publik hüquqi şəxs
4
3
2
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Dövlət Gömrük Komitəsi
5
5
5
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Smart Customs
5
5
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
e-Tabib
4
3
2
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları
3
1
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
its.gov.az
5
4
4
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Competition
3
2
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi
4
4
3
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Azstand
2
2
2
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
1
1
1
// DÖVLƏT VƏ ELEKTRON HÖKUMƏT / VEBSAYTLAR
Azstand
4
4
3
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
"Mənzil 111" kanalı
4
4
2
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Corpowid Rəqəmsal Müyəssərlik Həlləri
5
4
4
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Gələcəyi Yazanlar
4
1
1
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Şəki təqvimi
3
2
1
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Initiativs Azerbaijan
2
2
1
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Bacararsan.az
3
1
1
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Üzləşmə (Podkast)
5
5
5
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Story.1az
5
5
4
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
SABAH.HUB
5
5
4
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
BIRAİNY MMC
5
5
5
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Global Management
5
5
5
// SOSİAL MƏSULİYYƏT VƏ CƏMİYYƏT / VEBSAYTLAR
Elulaeng
3
3
3
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
AzInCloud
3
2
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Tripocell
4
4
3
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
FA Company - HoReCa xidmeti
2
2
1
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
All in One Technologies
3
2
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Baku Prod
4
3
3
// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Technovate-Sabah Angel Investors Club
3
3
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
TEORIA
4
3
3
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
WOX.az Webde Operativ Xidmət
3
2
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
MyContact rəqəmsal vizit kart
5
4
4
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Aspen Group korporativ sayt
3
3
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Vhstudio Veb Agentlik
3
3
3
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Fikir Coworking
3
3
3
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Sharaf Media reklam agentliyi
4
4
4
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
BERC&Partners
3
3
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Business by Umico
4
4
4
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
AzərTərcümə - peşəkar tərcümə xidmətləri
3
2
2
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
AZSAFFRON
5
4
4
// BİZNES VƏ SAHİBKARLIQ / VEBSAYTLAR
Novex Group
4
3
4
// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
SABAH.HUB
4
3
4
// BİZNES VƏ SAHİBKARLIQ / SOSİAL KANALLAR VƏ SƏHİFƏLƏR
Marketing Talks
5
4
3
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
Parabokt.az
3
3
3
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
ABB Mobile
5
4
5
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
BİNA HESABI
3
3
3
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
PSI Money
5
4
3
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi
4
3
3
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
MUHASIB.AZ
2
2
1
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
AzeRates
5
3
4
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
Sizinlombard.az
3
3
3
// MALİYYƏ, BANKÇILIQ VƏ FİNTECH / VEBSAYTLAR
Billing and Collection
3
2
2
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
SnackPack
5
5
5
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
serbest.az
5
3
4
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
OUR Host - Azərbaycan Host Provayderi
4
5
3
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
Gamenotebaku
4
4
4
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
Karcher Azerbaijan
2
2
1
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
E-standart
4
3
3
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
Tacir.PRO
5
5
4
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
İtaldizain
3
3
3
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Coffeein
5
4
4
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
Dream Scent parfum atelyesi
3
3
2
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / VEBSAYTLAR
Onlayn uşaq geyim mağazası
3
3
2
// ELEKTRON TİCARƏT VƏ KOMMERSİYA / TƏTBİQLƏR VƏ UTİLİTLƏR
Scapp
5
3
3
Logodakı yazılar həddindən artıq çoxdur. Saytda digər dillərə keçid etdiyimizdə logo və bəzi sistem mətnlərinin digər dillərə tərcümə edilmədiyini görürük (digər, daha çox, faydalı linklər və s.). Rus dili versiyasında həddindən artıq çox problemlər aşkarlanır. Slayder gecikir və açılmır. Əlaqə bölməsi işləmir. Azərbaycan dilində yazılar qalıb. Bölmələrinin əksəriyyəti boşdur. Məlumat yerləşdirilməyib. Validator-da qeyd olunan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur:
https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fcompetition.gov.az%2Fru%2F
Azstand
Main menu çox həssasdır. Digər bölümlərdə saytda fəaliyyəti davam etdirmək üçün çətinlik yaradır. İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Lazım olan məlumatı tapmaq üçün istifadəçi çox saylı klikləmə etməməlidir. Standart axtar bölümündə Sözlə axtar motoru işləmir. 20-ə yaxın mövcud sözləri əlavə edib axtardım. Tapmadı. Slayderdə arxa fonda gedən logolar fikri yayındırır. Ümumiyyətlə slayder saytın qismət estetikliyini pozur. Əsas səhifənin Top menyusu ilə digər bölümlərin top menyusu fərqlidir. (yazıların ölçüləri, buttonların style-ı və s.) Faydalı keçidlər bölümündəki yazılar çox xırdadır. Baş səhifənin HTML mətni səliqəsiz vəziyyətdədir.
"ABAD" publik hüquqi şəxs
Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir. Bəzi bölümlərdə məlumatlar PDF reader vasitəsi ilə verilib. Bəzi bölümlərə keçid zamanı yüklənmələr yaşanır. Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fabad.gov.az%2F
its.gov.az
(UI/UX) Estetik görünüş: Saytın dizaynı minimalist və rəsmi üslubda hazırlanıb, bu da dövlət qurumu üçün uyğun hesab edilə bilər. Lakin bəzi bölmələrdə daha müasir elementlərdən istifadə oluna bilərdi.
Naviqasiya: Menyular və bölmələr aydın şəkildə strukturlaşdırılıb. Amma bəzi istifadəçilər üçün bəzi məzmunun tapılması çətinlik yarada bilər.
Məzmun: Dövlət qurumu saytı olaraq xəbərlərin və məlumatların daim yenilənməsi vacibdir. Ötən ay ərzində cəmi 8 xəbər əlavə edilib. Saytın digər dillərində keçid etdikdə, xəbərlər və Toxunduğumuz həyatlar bölümləri bütün dillərdə Azərbaycan dilindədir.
Dövlət Gömrük Komitəsi
Vətəndaşlar üçün faydalı resursdur. Bir ziyarətçi üçün demək olar ki, bütün suallara cavab var. Normal funksionallığa malik saytdır. Ümumi test göstəricilərinin nəticələri normal səviyyədədir. Yenilənmiş versiyada xüsusəndə ÖZÜN ET bölümünü çox bəyəndim. Uğurlarınızın davamını diləyirəm.
E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Tətbiqi Google Play-dən yükləməyə çalışdım, yükləndi lakin işləmir. Silmə düyməsi aktivləşir. Təəssüf ki, bu vəziyyətdə qiymətləndirə bilməyəcəyəm.
e-Tabib
Mobil tətbiqlərin onlayn analiz platformalarında müşahidə edilir ki, tətbiq əsasən yuxarı yaş qrupları tərəfindən istifadə edilir. Bu səbəbdən də tətbiqə daxil olma tam sadələşdirilməlidir. Mobil tətbiq yalnız Azərbaycan dilindədir. Onlayn növbə bölümü demək olar ki işləmir. Play və App Store da tətbiqə geniş şikayətlər daxil olmasına baxmayaraq görünən odur ki, hər hansı bir tətbiq görülməmişdir.
Azstand
Hörmətli iştirakçı, yuxarıda səhifənin URL-ni səhv qeyd etmisiniz. Hazırda: https://www.facebook.com/azstand.gov.az?mibextid=LQQJ4d - bu link qeyd edilib. Lakin, klik etdiyimizdə bu səhifə tapılmır. Manual axtarış etdiyimdə əslində səhifənin https://www.facebook.com/@azstandart.gov.az - bu link altında fəaliyyət göstərdiyini müşahidə etdim. Tövsiyyə edirəm URL-i redaktə edəsiniz. Əks təqdirdə səhifəniz tapılmamaqdadır. Səhifədə dinamiklik mövcud deyil. Son paylaşım 10 gün öncə edilib. Messenger aktiv deyil. Yazılan şərhlərə cavab verilmir. Qısa keçid linklərindən bəziləri aidiyyatı üzrə keçidləri təmin etmir.
Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları
Vahid üslub mövcud deyil. Dövlət xidmətinin rəsmi səhifəsi olmasına baxmayaraq xarici linklərdən, digər Dövlət qurumlarının, xidmətlərinin və yerli medianın rəsmi səhifələrindən paylaşımlar edilir. Tövsiyyə olunur ki, hər bir postun məzmununu və media fayllarını özünüz hazırlayasınız. Hazırki vəziyyətdə paylaşılan post yetərincə kütləyə çatmır. Kontenti media fayllarla zəngiləşdirmək və səhifədə formal davranmamaq tövsiyyə olunur
Bacararsan.az
Faydalıdır. Lakin, cəmi 7 video dərslik mövcuddur. Məzmun artırılmalıdır. Uzun müddətdir yenilənmir.
Corpowid Rəqəmsal Müyəssərlik Həlləri
Faydalı platformadır. Haqqımızda bölümündəki video çarx bütün dillərdə ingilis dilində əlavə edilib. Video çarxda izahedici mətnlər yer almaqdadır. Tövsiyyə olunur ki, saytın hər bir dil versiyasında həmin dilə uyğun şəkildə video hazırlanıb əlavə edilsin. Uğurlarınızın davamını arzulayıram.
Qadinkimi saytı
Sayt veb dizayn adına çox zəyifdir. Retina nəzərə alınmayıb. Responsiv deyil. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Təəssüf ki, rəqiblərilə müqayisədə qiymətləndirmək olmadı.
Gələcəyi Yazanlar
Təşəbbüs olaraq faydalı təşəbbüsdür. Lakin, vebsayt adına zəyifdir. İnfo single page kimi durur. Saytda heç bir button işləmir. Heç bir bölümə keçid etmək mümkün deyil.
OWASP BAKU
OWASP BAKU -a aid bir rəsmi vebsayt olmadığı üçün, həmçinin təqdim olunan linkdə ancaq ingilis dilində məlumat təqdim edildiyi üçün qiymətləndirmədim.
Initiativs Azerbaijan
Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır. Təəssüf ki, yalnız ingilis dilindədir. Sayt düzgün işləmir. Gecikmələr var. Validator-da qeyd olunan standarta uyğun olmayan kod sətrlərinə nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fwww.initiativs.com%2F
Story.1az
Maraqlı təşəbbüsdür. Səhifənin məlumat bölümünə fəaliyyətinizlə bağlı qısa açıqlama yazmağınız tövsiyyə olunur. Önə çıxan aktual hekayələr bölümlərini kateqoriyalarla aktivləşdirməyiniz, məsələn: Şəhidlər, Tarixi abidələr, Kəş edilməmiş abidələr, Tanınmış şəxslər və s. kimi başlıqlarla aktual bölümlər yaradaraq hekayələrdə paylaşılanları daha əl çatan edərək aktivliyi daha da artıra bilərsiniz. Fəaliyyətinizdə uğurlar arzu edirəm.
Şəki təqvimi
Vahid üslub mövcud deyil. Məzmunlar demək olar ki xarici keçidlərdən ibarətdir. İnsanların əlverişli faydalanmaları üçün aktual mövzularla, maraqlı məzmunlarla, keyfiyyətli media fayların istifadəsi ilə postların hazırlanması tövsiyyə olunur.
"Mənzil 111" kanalı
İzləyicilər ilə əlaqə qurmağınız tövsiyyə olunur. Şərhlərə demək olar ki, cavab vermirsiniz. Onlara qoşularaq aktivliyi və maraqları artıra bilərsiniz. Həmçinin Call to Action (CTA) - Hər videonun əvvəlində və ya sonunda izləyiciləri kanalınıza abunə olmağa dəvət etməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar
BERC&Partners
Sayt vebdizayn adına zəifdir, Bir az qarışıq və yorucudur. Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır. Dizayn edərkən menyu elementlərindən biri seçilmiş formada olmalıdır ki, ziyarətçi saytın hansı səhifəsini və ya bölməsini oxuduğunu bilsin. Baş səhifənin HTML mətni səliqəsiz vəziyyətdədir. Saytda yalnız yazılar çoxluq təşkil etməkdədir. Multimedia fayllar demək olar ki, bir neçə yerdə mövcuddur. Menyuda həddindən artıq keçidlər mövcuddur və qarışıqdır.
MyContact rəqəmsal vizit kart
Maraqlı startapdır. Rəng, şrift və qrafika vahid üslubda olması tövsiyyə olunur. Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır.
Tripocell
Səhifələrin dizayn rəngləri balanslaşdırılmalıdır. Seçim düzgün deyil. Normal funksionallığa malik saytdır. Xəbərlər bölümü main menu-a əlavə edilməsi tövsiyyə olunur. Xəbərlər bölümündə istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.
SABAH.HUB
Fərqli layouta və normal funksionallığa malik bir vebsaytdır. Maraqlı tərtib olunmuş və məzmun olaraq boldur. Sabah.Fund-da "Biz yetişdiririk Gələcək" və s. dəyişən sözlərlə qurulmuş cümlə qrammatikaya uyğun deyil. Şirftlər də Ə hərfini dəstəkləmir. Əsas səhifə kodlarında 2 və 22-ci sətirlərə diqqət yetirməyiniz tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fsabahhub.com%2F - Fəaliyyətinizdə uğurlar arzu edirəm.
AzInCloud
Responsivdir lakin, retina tam nəzərə alınmayıb. Xəbərlər bölümü boşdur. Əlaqə bölümündə telefon qeyd edilməyib. Məzmun baxımından zəif təsir bağışlayır.
Fikir Coworking
Sadə dizayna və normal layouta malikdir. Retina qismən nəzərə alınıb. Məzmunu artırmağınız tövsiyyə olunur.
FA Company - HoReCa xidmeti
Sayt veb dizayn adına çox zəifdir. Məzmunun yenilənməsinə ehtiyac var. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır
AZSAFFRON
Normal dizayna malik vebsaytdır. Bir ziyarətçi üçün bütün suallara cavab var. Rahatdır. Tövsiyyə edirəm xəbərlər bölümünü aktivləşdirəsiniz. Həmçinin məhsulu səbətə əlavə etdikdən sonra sifarişə keçid bölümündə qeydiyyatdan keçmədən ödəniş edərək sifariş etmək mümkün olmur. Tövsiyyə olunur ki, qeydiyyatsız sifariş təcrübəsinidə gözdən keçirəsiniz. Fəaliyyətinizdə uğurlar arzu edirəm.
Novex Group
Məzmuna diqqət artırılmalıdır. Xəbərlər və Karyera bölümləri uzun müddətdir ki, yenilənmir. Sayt sadə və rahatdır.
Global Management
Bu saytı çox bəyəndim. Fərqli dizayn edilib. Normal funksionallığa malik saytdır. Maraqlı tərtib olunmuş və məzmun olaraq boldur. Peşəkar işlər görürsünüz. Fəaliyyətinizdə bol müvəffəqiyyətlər arzu edirəm.
WOX.az Webde Operativ Xidmət
Məzmuna diqqət artırılmalıdır. Mexaniki səhvlər aradan qaldırılmalı, bir neçə texniki problemlər yenidən optimizasiya edilməlidir. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib.
TEORIA
Sayt maraqlı tərtib olunub. Məzmuna diqqət yetirmək lazımdır. İşlərlə bağlı yenilikləri blog bölümündə göstərməyiniz tövsiyyə olunur. Saytın istifadəsi zamanı bəzən haqqımızda bəzən də əlaqə bölmələrinin üzərinə klik etdiyimizdə Java da problem yaranır.
BIRAİNY MMC
Əla hazırlanmış vebsaytdır. Məzmun boldur. Qüsursüz sayt kimi qiymətləndirmək olar. Uğurlar
Aspen Group korporativ sayt
Saytda istifadə olunan iconaların ölçüləri, rənglər və şrift balanslaşdırılmalıdır. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. Sonuncu xəbər 2 il öncə paylaşılmışdır. Sayt ümumiyyətlə 10 il öncə hazırlanmış saytları xatırladır.
All in One Technologies
Vebsayt vebdizayn adına zəifdir. Slayderdə açıq tonlu şəkillər keçid etdiyi zaman, Top-da olan elementlər, Logo, menu icon, buttonlar görünmür. İtir. Bu nəzərə alınmalıdır. Sosial şəbəkə iconları uyğunsuz yerdə alt-alta yerləşdirilib. Yeri dəyişməlidir. Xidmətlər və Həllər bölümündəki icon ölçüləri balanslaşdırılmalı, şrift isə uyğun ölçüyə salınmalıdır. UI/UX təkmilləşdirmələrə ehtiyac var. Navigasiya: Menü strukturunun daha intuitiv və vizual vurğularla zəngin olması istifadəçi təcrübəsini yaxşılaşdıra bilər. Responsivlik: Mobil uyğunluq təkmilləşdirilə bilər, kiçik ekranlarda bəzi elementlərin ölçüləri balanssızdır.
Baku Prod
Saytının dizaynı və istifadəçi təcrübəsi (UI/UX) ilə bağlı ümumi təəssüratlar: Sayt minimal və peşəkar görünür, lakin rənglərdə daha güclü kontrast UX-i yaxşılaşdıra bilər. Navigasiya: Kateqoriyalar yaxşı təşkil olunub, lakin menyunun daha nəzərəçarpan olması istifadəçi üçün rahatlıq yaradar. Mobil Uyğunluq: Sayt responsivdir, lakin bəzi elementlər mobil ekranlarda kiçik və sıx görünür. Main menu saytın üst panelində aktiv görünməsi olunur. Məzmunun artırılmasına ehtiyac var
Elulaeng
Sayt ancaq rus dilindədir. COM zonası altında fəaliyyət göstərir. Sayta daxil olduğumuzda AZNET-də xidmət göstərməsinə dair hər hansı bir məlumatla qarşılaşmırıq. Əsas səhifə çox qarışıqdır. Elementlərin və ümumi səhifənin ölçüləri düzgün təyin edilməyib.
Vhstudio Veb Agentlik
Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməsi çox vacibdir. Hər bölümü ayrı-ayrı showcase-lərdə yerləşdirilib. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.
Business by Umico
Saytın dizaynı sadə və funksionaldır, lakin bəzi aspektlərdə təkmilləşdirmə faydalı ola bilər: İstifadəçi rahatlığı üçün menyular daha diqqətəçarpan şəkildə dizayn edilə bilər. Responsivlik: Mobil cihazlarda istifadə üçün bəzi vizual elementlərin ölçüsü və yeri təkmilləşdirilə bilər.
Vizual materiallar: Məzmunun daha cəlbedici olması üçün interaktiv vizual komponentlər əlavə etmək olar.
AzərTərcümə - peşəkar tərcümə xidmətləri
Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Səhifənin maketi balanslaşdırılmalı və o məlumatları ilə çox yüklənməməlidir. Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır. Retina optimizasiya olunmalıdır.
Sharaf Media reklam agentliyi
Normal layouta malik vebsaytdır. Single page olaraq fəaliyyət göstərir. Blog istisna olmaqla. Blogda məzmunun mütəmadi yenilənməsi tövsiyyə olunur. Vebsayta daxil olduğumuzda bizi saytın Azərbaycan dili qarşılayır. Lakin, video slayddakı intro mətnlər ingilis dilindədir.
Üzləşmə (Podkast)
Uğurlar arzu edirəm. 1 ildir yaranan bir kanal üçün uğurlu işlər aparmısınız. Təbriklər. Mövzular əhatəli və dərin analizə söykənir. Kommentlərə daha aktiv qoşulmağınızı tövsiyyə edirəm. Təkmilləşmə: Vizual keyfiyyəti artırmaq və daha çox interaktiv element əlavə etmək baxış sayını artırmağa kömək edə bilər.
Marketing Talks
Kanal Azərbaycan dilli auditoriya üçün fəaliyyət göstərirsə, tövsiyyə olunur ki açıqlama bölümündə qeyd etdiyiniz yazını rus dilindən ana dilimizə tərcümə edəsiniz. İzləyicilər ilə əlaqə qurmağınız tövsiyyə olunur. Şərhlərə demək olar ki, cavab vermirsiniz. Onlara qoşularaq aktivliyi və maraqları artıra bilərsiniz. Çapraz əlaqələndirmə: Videolarınız arasında əlaqələr qurulması və "əvvəlki videoları izləyin" kimi çağırışlar edilməsi tövsiyyə olunur. Həmçinin Call to Action (CTA) - Hər videonun əvvəlində və ya sonunda izləyiciləri kanalınıza abunə olmağa dəvət etməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar
SABAH.HUB
Səhifənin təsviri yalnız ingilis dilindədir. Paylaşılan postların hər birində media faylların üzərində mətnlər ancaq ingilis dilində qeyd edilib. Yalnız postun açıqlamasında Azərbaycan dilində mətnlər var.
Technovate-Sabah Angel Investors Club
Səhifə çox qarışıqdır. Vahid üslub mövcud deyil. Bəzən postlar ingilis dilində paylaşılır. Xarici keçid linkləri daha çox istifadə edilir. Fəaliyyətlə əlaqəli maraqlı məzmunlar, yeniliklər və tədbirlər haqqında müntəzəm postlar paylaşılması tövsiyyə olunur. Sonuncu post 1 həftə öncə paylaşılıb. LinkedIn Insights və analitik alətlərdən istifadə edərək səhifənin fəaliyyətini izləyərək və inkişaf etdirmək üçün uyğun dəyişikliklər etməyiniz tövsiyyə olunur.
BİNA HESABI
Normal layouta malikdir. Single page olduğu görə SEO üçün çox əlverişli deyil. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.
FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi
Əhali üçün faydalı resursdur. Sadə dizayn olunub. Məzmunun yenilənməsinə ehtiyac var. Məxfilik siyasəti saytın bütün dil versiyalarında Azərbaycan dilində PDF üzərində açılır. Yaxşı olardı ki, hər dil versiyasında o dilə uyğun şəkildə qeyd edilsin.
MUHASIB.AZ
Resurs bir növ xəbər portalını xatırladır. 2010-2012-ci illərin əvvələrində təsadüf edən dizayndadır. Köhnəlmişdir. Ümumi test göstəricilərinin nəticələri orta səviyyədədir. Digər saytlarla müqaisədə göstəricilər aşağıdır. Məsələn səhifənin optimizasiyası göstəriciləri. Şriftlər, rənglər balanslaşdırılmalıdır. Validator təxminən 300-ə yaxın standarta uyğun olmayan kod sətrləri aşka edib. Onlara nəzər yetirməyinizi tövsiyyə olunur: https://validator.w3.org/nu/?doc=https%3A%2F%2Fwww.muhasib.az%2F
Billing and Collection
Single page olduğu görə SEO üçün çox əlverişli deyil. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. "Məxfilik siyasəti və Geri qaytarma siyasəti" bölümləri adi html page üzərində qurulub. Daxil olduğumuzda Header və footer itir. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməsi çox vacibdir. Rənglər balanslaşdırılmalıdır.
Parabokt.az
Normal dizayna malik saytdır. Xəbərlər bölümündə ən son xəbər 3 ay öncə edilmişdir. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir. Məxfilik siyasəti bölümü mövcud deyil. Maliyyə hesabatları bölümündə əlavə edilmiş PDF fayllar bütün dillərdə Azərbaycan dilində yüklənir. Tövsiyyə olunur ki, hər dilin özünə uyğun şəkildə yerləşdirilsin.
Sizinlombard.az
Normal layouta malik vebsaytdır. Məzmun mütəmədi yenilənmir. Bloqa son əlavə edilmiş məlumat sentyabr ayına təsadüf edir. Kredit ödənişi bölümündə Onlayn ödəniş et bölümünə keçid etdikdə yeni səhifədə açması daha yaxşı olardı. Hətta həmin bölümü o saytınıda yerləşdirməyiniz daha yaxşı olardı. Çünki, həmin bölümə keçid etdikdə istifadəçi sizin saytınızı tərk edir və milli ön-ün saytına keçid edir. Daha sonra harda olduğuna dair çaş baş düşür. Milli Ön-ün səhifəsində isə sizin saytınıza (Sizin Lombard)-a dair hər hansı bir məlumat yoxdur. Sadəcə "GL" yazılır.
ABB Mobile
Faydalı tətbiqdir. İstifadəçilərə rahat və intuitiv bir təcrübə təqdim edir. Dizaynı sadə və müasir olub, əsas funksiyalar bir neçə addımla əldə edilə bilir. Hesab idarəetmə, pul köçürmələri və ödənişlər kimi əsas əməliyyatlar sürətli şəkildə həyata keçirilə bilər. Ayrıca, tətbiqə əlavə edilmiş 2X ƏDV və keşbek imkanları istifadəçilər üçün daha çox fayda təmin edir. Ümumilikdə, dizayn istifadəçi dostudur və funksionallıq baxımından kifayət qədər güclüdür.
AzeRates
Əhali üçün faydalı resursdur. Lakin, təəssüf ki ancaq Android tətbiqi mövcuddur. Tövsiyyə olunur ki, IOS üçündə hazırlansın. Uğurlar
PSI Money
Faydalıdır. Mobil telefonu rus dilində olanlar tətbiqi yükləyib açdığında avtomatik rus dilində olan versiyası ilə qarşılaşır. Valyutanı isə rus rublu ilə təklif edir. Azərbaycan manatını tapmaq isə axtarışla ancaq tapmaq olur. Valyutanı tapıb seçmək istəyəndə hər hansı bir dəyişiklik görünmür. Yaxşı olardı ki, valyutanı seçdikdən sonra dərhal seçildiyinə dair hover yaransın və daha sonra da seçim panelindən step panelinə keçid baş tutsun. Yaxşı olardı ki, tətbiqin IOS versiyasıda fəaliyyət göstərsin. Fəaliyyətinizdə uğurlar.
E-standart
Vebsayt Dövlət və Elektron hökümət nominasiyasında iştirak etsəydi daha məqsədəuyğun olardı. Bəzi sözlərdə mexaniki səhvlər var. Məsələn: "Axtarış filterləri". "Standartların kataloqu" və "İstifadəçi təlimatları" bütün dillərdə Azərbaycan dilində yüklənir. Yaxşı olardı ki, saytın hər dil versiyasında həmin dilə uyğun dildə yüklənsin. Tövsiyyə olunur ki, bloq və ya xəbər bölümü aktivləşdirilsin və sayt buna əsasən mütəmadi şəkildə məzunu yenilənsin. Fəaliyyətinizdə uğurlar.
Onlayn uşaq geyim mağazası
Normal layouta malik vebsaytdır. Baş səhifənin maketi balanslaşdırılmalı və o məlumatları ilə çox yüklənməməlidir. Saytı fərqli brauzerlərdə və cihazlarda test etdim. Manatın simvolu mobil cihazlarda göstərir lakin, veb brauzerlərlə daxil olduğumuzda dəstəklənmir. Bunun üçün Saytınızın Unicode kodlaşdırmasını yoxlamağınız tövsiyyə olunur. Elektron ticarət platforması olmasına baxmayaraq "Çatdırılma və Ödəniş" həmçinin "Məxfilik Siyasəti" bölümlərində məlumatlar yoxdur. Bu bölümlərdə məlumatın olmaması sizin və saytın istifadəçiləri üçün bir sıra problemlər (İstifadəçi etimadının azalması, müştəri təcrübəsinin zəifləməsi, hüquqi risklər, neqativ rəylərin yaranması və s) yarada bilər. Bu problemlər həm istifadəçi təcrübəsini zəiflədə, həm də hüquqi və reputasiya məsələlərinə səbəb ola bilər.
Karcher Azerbaijan
Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır. Javascript menyüdan istifadə nəzərdə tutulursa, o zaman əsas olan keçidlər sayt hər hansı bir yerində əlavə olaraq təkrarlanmalıdır. Adətən bu məqsədlə saytın aşağı hissəsində yer təyin olunur. Saytın üst bölümündə (header) bəzi sözlər ingilis dilindədir. "Register/Login, element, No products in the cart". Həmçinin əlaqə nömrələri həddindən artıq çoxluq təşkil edir. Bu həm saytın estetik görünüşünü pozur həm də istifadəçiləri çaşdırır. Məhsulun texniki şərtlər bölümündə bəzi sistem xanaları rus dilindədir. Rəy əlavə et bölümündə isə ad və şərtlərin qəbulu ingilis dilindədir. Ümumiyyətlə saytın Azərbaycan dili versiyasında çox bölümlərində ingilis və rus sözlərinə rast gəlmək mümkündür. Bunlar aradan qaldırılmalıdır. Alt bölümdə (footer) şirft, rəng və maket tamamilə balanslaşdırılmalıdır. Digər saytlarla müqaisədə göstəricilər aşağı səviyyədədir.
Tacir.PRO
Normal dizayna malik vebsaytdır. Responsivdir. Faydalı resursdur. Kommersiya xidmətləri ilə bağlı istifadə edildiyi üçün məxfilik siyasəti bölümü mütləq vebsaytda öz yerini almasını düşünürəm. İstifadəsi ilə bağlı bol məlumat və məzmunlar öz yerini alıb. Vebsayt .pro domaini ilə fəaliyyət göstərir, lakin video təqdimat və dərsliklərdə .info təqdim olunur. Bu istifadəçilərdə bir az çaşqınlıq yarada bilər. Həmçinin son olaraq bir vəziyyəti qeyd etmək istəyirəm ki, haqqımızda bölümündə istifadə edilən cümlə haqsız rəqabət qaydalarına zidd olaraq düşünülə bilər. Hüquqşünasınızla məsləhətləşməyiniz tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar.
OUR Host - Azərbaycan Host Provayderi
Baş səhifədə məlumat həddindən artıq çoxluq təşkil edir. Dolğun informasiyalı, geniş multimedia materiallıdır. Bu sahədə bütün suallara cavab var. Ümumi vəziyyəti qənaətbəxşdir. Qeydiyyat bölümünə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir . Bütün səhifələrin eyni üslubda olmasına diqqət yetirilməlidir. Qeydiyyatı davam etməyib logonun üzərinə klik edərək baş səhifəyə qayıtmaq istədiyimizdə Login bölümünə keçid edir və həmin bölümdə bəzi yazılar ingilis dilindədir. Xəbərlər bölümünə sonuncu məlumat avqust ayında yüklənib. Mütəmadi yenilənməsində fayda var.
Gamenotebaku
Maraqlı marketpleysdir. Sürətli işləyir. Normal funksionallığa malik saytdır. Maraqlı tərtib olunmuşdur. Məhsulu səbətə atdığımızda yuxarıda səbət bölümündə hər hansı bir məhsulun olub-olmaması haqqında bildiriş görünmür. Xəbərlər bölümündə sonuncu xəbər aprel ayında əlavə edilib. Mütəmadi yenilənməsi tövsiyyə olunur. NVIDIA səhifəsi tamamilə başqa bir showcase ilə açılır və rus dilindədir. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməsi çox vacibdir.
İtaldizain
Vebsayt onlayn kataloq tiplidir. Elektron ticarət mövcud deyil. Bəzi bölümlərə keçid etdiyimizdə əsas menyu sol menyu panelində gizlənir. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.
serbest.az
Faydalı resursdur. Səbətə hər hansı bir xidməti əlavə edib sifarişi vermək istədiyimizdə sistem mətni ilə qarşılaşırıq. "Səhv - Deyəsən, səbətinizdəki məhsul artıq mövcud deyil". Qeydiyyat bölümündə fon ilə logonun rəngləri üst-üstə düşdüyündən logo görünmür. Məqalələr bölümündə sonuncu məqalə 1 il öncə əlavə edilib. Məzmuna diqqət artırılmalıdır, mütəmadi yenilənməlidir.
Dream Scent parfum atelyesi
Cookies-lərin istifadəsi qaydaları ilə bağlı sistem mətni ingilis dilindədir. Daha ətraflı bölümünə klik etdiyimizdə açılan səhifənin ingilis dilində mövcud olmadığı görünür. Azərbaycan dili versiyasında Səbət bölümü ingilis dilindədir. Tərcümə edilməyib. Bəzi yerlərdə hətta türk dilində yazılara da rast gəlmək olar.
Coffeein
Əlaqə nömrəsi olaraq nar nömrəsi qeyd etdim. OTP mesajı gəlmədi. Daha sonra bakcell nömrəsini qeyd edərək nömrəni əlavə etdim. Push bildirişləri bağlamaq istəyirəm. Dəstəkləmir. Məxfilik siyasəti ilə bağlı bölümü tapmadım. Tətbiq Ui/Ux cəhətdən uğurludur. Tətbiqin istifadəçilərinin sayı azdır. Mobil tətbiqin daha çox istifadəçi tərəfindən yüklənməsi üçün effektiv strategiyalar tətbiq olunmalıdır. Əsasən ASO (App Store Optimization), Google və App Store Reklamları, istifadəçi rəylərindən və referanslardan faydalanma, tətbiqin sosial təcrübə ilə birləşdirilməsi və s. tövsiyyə olunur. Fəaliyyətinizdə uğurlar
SnackPack
Faydalı bir startapdır. UX/UI dizaynı sadə və funksionaldır. İstifadəçilər üçün mükafatlandırma (Gamifikasiya) sisteminin olması əladır. Məxfilik siyasəti bölümü mövcuddur. Bu isə məlumat təhlükəsizliyi və performansı şəffaf şəkildə istifadəçilərə təqdim olunmasını göstərir. Bu kimi mobil tətbiqlər ekoloji, iqtisadi və sosial sahələrdə dayanıqlılığı təmin edir. Dünyaya təbiəti qorumaq imkanı, istifadəçilərə sərfəli və məsuliyyətli seçimlər, tərəfdaşlara isə əlavə gəlir və müsbət reputasiya qazandırır. Belə təşəbbüslər gələcək nəsillər üçün daha yaşıl bir planet və daha ədalətli bir cəmiyyət təmin etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Bu kimi startaplara AzNET-də çox ehtiyac var. Tövsiyyələrim, aşağıdakı kimidir: SnackPack-lə bağlı detallı məlumatlandırıcı video animasiya çarxının hazırlanması (bu tətbiqin məqsədini və istifadəsini daha da aydın göstərəcəkdir), Asan qeydiyyat və girişin optimallaşdırılması (sürətli giriş), funksional imkanların genişləndirilməsi, Personalizasiya - İstifadəçinin zövqünə uyğun fərdi təkliflər (məsələn, qida seçimlərinə və ya coğrafi yerə əsaslanan bildirişlər). Bütün fəaliyyətinizdə bol müvəffəqiyyətlər arzu edirəm.
Scapp
Maraqlı təşəbbüsdür. Girişdə dil seçiminin olması əladır. Tətbiqin məzmunda Azərbaycan dili versiyasında olmasına baxmayaraq ingilis dilində bəzi sistem mətnləri ilə rastlaşırıq. Ümumilikdə, dizayn istifadəçi dostudur və funksionallıq baxımından kifayət qədər rahatdır. Məxfilik siyasəti bölümü mövcuddur. Düşünürəm ki, gələcəkdə tək Naxçıvan deyil bütöv Azərbaycan üzrə fəaliyyətini genişləndirərsiniz. Ümumilikdə xırda vəziyyətləri nəzərə almasaq tətbiqi qənaətbəxş hesab etmək olar. Fəaliyyətinizdə uğurlar.