RU
Facebook
// EKSPERT ŞURASI
Mehman İsgəndərov

Marketing
Head of Marketing & Sales Department

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi

4
2
2

E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

4
3
3

Competition

5
5
5

Azərbaycan Respublikasının Ali Məhkəməsi

5
5
5

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

5
5
4

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

5
5
5

Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı

4
3
3

"ABAD" publik hüquqi şəxs

4
3
3

its.gov.az

5
5
5

Dövlət Gömrük Komitəsi

5
5
4

Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları

5
4
3

e-Customs

5
5
5

e-Tabib

5
3
4

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

5
5
5

Azstand

5
4
3

Smart Customs

5
5
5

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi

5
5
4

Dövlət Məşğulluq Agentliyi

5
5
4

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi

4
4
4

Azstand

4
4
3

Şəki təqvimi

3
2
2

Gələcəyi Yazanlar

5
2
4

Corpowid Rəqəmsal Müyəssərlik Həlləri

5
5
4

Üzləşmə (Podkast)

5
5
5

OWASP BAKU

2
1
1

Elulaeng

4
4
3

Bacararsan.az

5
3
3

Qadinkimi saytı

4
4
1

Story.1az

5
4
3

Initiativs Azerbaijan

2
2
1

"Mənzil 111" kanalı

4
4
2

All in One Technologies

5
5
5

Global Management

4
5
4

Okmedia

4
4
4

Vhstudio Veb Agentlik

3
3
4

Fikir Coworking

4
4
4

Sharaf Media reklam agentliyi

4
5
4

BERC&Partners

3
3
2

BIRAİNY MMC

5
5
5

Baku Prod

5
5
5

TEORIA

4
4
4

Aspen Group korporativ sayt

3
4
2

Marketing Talks

5
5
5

FA Company - HoReCa xidmeti

4
2
2

Tripocell

5
5
4

Business by Umico

4
4
4

AzərTərcümə - peşəkar tərcümə xidmətləri

4
4
4

AZSAFFRON

4
3
3

SABAH.HUB

5
5
4

AzInCloud

5
3
4

Technovate-Sabah Angel Investors Club

4
4
4

WOX.az Webde Operativ Xidmət

4
3
2

MyContact rəqəmsal vizit kart

4
3
2

SABAH.HUB

5
5
4

Novex Group

4
4
4

Sizinlombard.az

3
4
3

MUHASIB.AZ

4
5
2

AzeRates

4
4
3

FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi

4
3
4

ABB Mobile

5
5
5

PSI Money

5
4
4

Billing and Collection

4
3
2

BİNA HESABI

5
3
2

Parabokt.az

4
3
3

İtaldizain

4
5
4

Gamenotebaku

5
5
4

E-standart

4
4
2

Tacir.PRO

4
3
2

Onlayn uşaq geyim mağazası

4
3
3

Dream Scent parfum atelyesi

3
3
2

Scapp

5
3
4

SnackPack

5
4
4

serbest.az

5
4
3

Coffeein

4
5
5

Karcher Azerbaijan

4
5
3

Taskool

5
4
4

KidFi

5
5
5

Elnur Khalilov

5
4
5

Onsual

5
5
5

Voices.az

5
4
4

Jalal-I tədris mərkəzi

3
4
2

Onsual

5
5
5

e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi

4
3
3

Verbooze

3
4
3

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet portalı

3
3
1

Ekurs

4
2
3

Anlar.az

5
2
2

YUSPACE

5
5
5

MathYouCan

4
4
4

Star Colleges

4
5
4

Albert Eynişeydi

4
5
3

twelfy

5
4
4

GearDYP: Sürücülük imtahanı

5
4
4

HireMood

4
3
3

Ainisa

5
5
4

Cyberross

4
3
3

Hüseyn Məhərrəmov

4
3
4

DIGITAL DRIVING ACADEMY

5
5
4

Digital Expo Center

4
2
1

Courses

5
4
5

EduSoft - Təhsil mərkəzi idarə etmə platforması

4
2
3

Div Academy

3
2
1

Agrohub

5
5
4

SmartAbituriyent

4
3
4

Div Academy - instagram hesabı

5
5
5

Dahi.az - Oyun Əsaslı Təhsil Platforması

5
5
4

Linky

5
4
3

Osmansoy səhifəsi

5
4
3

Avia.az

2
2
3

Crescent Mall

3
3
3

TUR.AZ - TUR SİFARİŞİ , TURLAR

2
1
1

Baku City Life

4
4
2

Azer Garib Personal blog

5
5
4

huseynmammadsalahov

4
5
4

Shams.nuray (Travel influencer)

4
4
3

İZ Azərbaycan

5
5
4

Petrol: Azerbaijan YDM-ləri

5
3
3

Azərbaycan Turizm Blogerləri Assosiasiyası

3
2
1

Azərbaycan Turizm Blogerləri Assosiasiyası

5
4
4

Trips.az

4
3
3

Triptotrip

2
2
2

"Diaqnoz Tibb Mərkəzi" MMC-nin vebsaytı

2
2
1

German Hospital

4
3
3

Hilal Abdullayeva ilə qrup turları

3
2
1

Hilal Abdullayeva

5
5
4

Səyahət blogu

5
5
5

Dr. Ağa Ağazadə

2
2
1

First Step Tourism

3
3
1

Йога в Баку

3
2
1

Tripocell Travel İnternet

5
5
5

Baku.News

2
3
3

Radio Baza

0
0
0

"Azərbaycan müəllimi" qəzetinin saytı

4
4
4

Liman

3
3
4

Bayramoff

3
4
4

Baku.ws

5
5
4

Şahdağ xalqları

3
3
1

Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar

4
4
4

Ekosular.az

2
1
2

Рoскошная жизнь в великолепном месте.

3
4
2

Vüsal Məmmədzadə YouTube kanalı

5
4
4

Azerbaijan Media

4
4
5

Baku TV

5
5
5

Texno Blog

2
3
1

Şəki Ensiklopediyası

1
1
1

Retro Archive

5
3
4

DinləKitab audio-kitab layihəsi

4
5
2

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi veb səhifəsi.

2
2
2

MUSİQİ LEKTORİYASI

2
2
2

Gilavar Foto Klubunun veb-saytı

4
3
2

"Molla Nəsrəddin"- Azərbaycanın ilk satirik jurnalı

3
2
1

Alleqoriya

4
5
4

Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana

2
3
1

Peşəkar fotoqraf Paparazzi.az

2
2
3

Podkast kimi adam

4
5
5

QorqudFilm - Mədəniyyət, ədəbiyyat və yaradıcılıq kanalı

5
4
5

Fomo Baku

5
5
5

Yurdumun sənət eşqi

5
5
5


ŞƏRHLƏR

Gilavar Foto Klubunun veb-saytı
Ölkəmizdə kreativ mövzularda məzmun paylaşan və bu istiqamətdə fəaliyyət göstərən ən maraqlı sahələrdən biri fotoqrafiya və fotoqraf sənətkarlarının işləridir. Bu sahədə çalışan şəxslərin bir araya gəldiyi bir platforma kimi fəaliyyət göstərən və WordPress əsasında hazırlanmış sadə bir veb-sayt qeyd etdiyim məsələyə yad ola bilər. Bu ideya başlanğıc üçün çox dəyərli olsa da, düşünürəm ki, gələcəkdə saytı daha funksional, estetik və istifadəyə rahat şəkildə yenidən tərtib etmək mümkündür.

Fomo Baku
Sayt zövqlə hazırlanıb. Kursor, ikonlar və saytın strukturu loqo elementləri ilə ahəngdarlıq təşkil edir. Bu, həm vizual harmoniya, həm də istifadəçi təcrübəsi baxımından uğurlu yanaşmanın göstəricisidir.

MUSİQİ LEKTORİYASI
Sayt maarifləndirici məzmun təqdim etsə də, dizayn baxımından ciddi təkmilləşdirmələrə ehtiyac duyulur. Xüsusilə, məzmun keyfiyyətinin artırılması, video materialların səs və çəkiliş keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biri olmalıdır.

"Molla Nəsrəddin"- Azərbaycanın ilk satirik jurnalı
Saytda təqdim olunan materialların əksəriyyəti 20-ci əsrin əvvəllərinə aid olsa da, onların müasir dövrdə gənc nəsil tərəfindən tanınması və öyrənilməsi olduqca təqdirəlayiqdir. Bununla belə, saytın icrasının daha mükəmməl və istifadəçi yönümlü olması üçün üzərində əlavə işlərin aparılması tövsiyə olunur. İstifadəçi təcrübəsini artırmaq məqsədilə saytda həm məzmun keyfiyyətinə, həm də vizual üsluba diqqət yetirilməli, daha interaktiv və müasir dizayn həlləri tətbiq edilməlidir.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəsmi veb səhifəsi.
Saytın domen adı yadda qalan deyil və tanınmağı çətinləşdirir. Daxili səhifələrdə şəkillərə baxış üçün əlavə kliklər tələb olunur ki, bu da istifadəçi təcrübəsinə mənfi təsir edir. Şəkillərin birbaşa baxışı təmin edilsə, daha rahat olardı. Slider dizaynında şəkillərin müxtəlifliyi səbəbindən vahidlik pozulur. Dizaynın yenidən işlənməsi və daha istifadəçi yönümlü olmasını tövsiyə edirəm.

Yurdumun sənət eşqi
Saytın ideyası, icrası və dizaynı yaxşı hazırlanıb. Bununla belə, portret şəkillərin sadə kvadrat forma əvəzinə saytın stilistikasına uyğun çərçivələrdə təqdim edilməsi ümumi vizual harmoniyanı daha da artırardı. Həmçinin, domen adının subdomen kimi deyil, birbaşa domen kimi istifadə edilməsi saytı daha da yadda qalan və peşəkar görünüşünü təmin edərdi.

DinləKitab audio-kitab layihəsi
Bir audio-kitab layihəsi üçün saytın arxa fon rəngi istifadəçilər üçün yorucu ola bilər. Çünki nəzərə alsaq ki, istifadəçilər saytda uzun müddət qalacaqlar, bu, ümumi təəssürata mənfi təsir göstərə bilər. Daha komfortlu bir istifadəçi təcrübəsi təmin etmək məqsədilə, fon rənginin daha rahat və gözə xoş gələn bir şəkildə dəyişdirilməsi tövsiyə edirəm. Eyni zamanda, saytda daha effektiv axtarış imkanı təmin etmək üçün filterlərin sayının artırılması, istifadəçilərin məzmunu daha sürətli və asan tapmalarına kömək edər.

Peşəkar fotoqraf Paparazzi.az
Sayt Tilda CMS üzərində hazırlanıb və fərdi kodlaşdırma istifadə olunmayıb, dizayn isə yalnız bu platformanın təqdim etdiyi şablonlarla məhdudlaşır. Sayt planşetlər üçün optimallaşdırılmayıb. 'Burger menu'ya daxil ola bilmədim. 'İş nümunələri' bölməsindəki şəkillərin fotosessiyanın növünə görə qruplaşdırılması daha uyğun həll olardı.

Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana
Saytda çox sayda fərqli rənglərin istifadə olunması ümumi vizual harmoniyanı pozur. İkonların ölçüləri, bannerlərin keyfiyyəti və saytın ümumi dizaynı ilə bağlı təkmilləşdirmələr edilməsini tövsiyə edirəm.

Retro Archive
Düşünürəm ki, sayt hələ tam hazır deyil, çünki bir çox filmləri, aktyor və aktrisaları saytda görmədim. Lakin, dizayn baxımından sayt gözəl və minimalistik üslubda hazırlanıb, ideya da maraqlıdır. Saytın yüklənmə vaxtının uzun olması istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər, buna görə optimallaşdırma tövsiyə edirəm. Saytda istifadə olunan şəkillərin keyfiyyəti aşağıdır. Təklif edirəm ki, süni intellekt məhsullarından istifadə edərək şəkillərin keyfiyyətini artırasınız.

Podkast kimi adam
Kanaldakı videoların 4K (3840 x 2160) ölçüsündə hazırlanması yüksək keyfiyyətli kontent təqdim etmək baxımından müsbət bir addımdır. Həmçinin, 'Shorts' və 'Playlist' bölmələrinin mütəmadi olaraq əlavə edilməsi izləyici ilə əlaqəni gücləndirir. Bununla yanaşı, daha yaxşı və müxtəlif məzmun təqdim etmək üçün kamera sayının artırılması tövsiyə edirəm. Bu, müxtəlif rakurslardan və yeni anlarda çəkiliş edərək kontentin daha zəngin və maraqlı olmasına imkan yaradacaqdır.

QorqudFilm - Mədəniyyət, ədəbiyyat və yaradıcılıq kanalı
Kanalın ideyası və məzmunu yaxşı hazırlanmışdır. 'Video Cover' dizaynları zövqlüdür, lakin 'Cover'lərin ölçü və keyfiyyəti aşağıdır. Bu, ümumi görünüşə mənfi təsir göstərə bilər. Eyni zamanda, 'Shorts' videolarının olmaması izləyici sayı üzərində mənfi təsir yarada bilər. Bu səbəbdən, mütəmadi olaraq bu bölməyə video əlavə edilməsi tövsiyə edirəm.

Alleqoriya
Səhifə olduqca maraqlıdır, paylaşılan postların dizaynı isə üslub baxımından yaxşı düşünülüb. Gələcəkdə post dizaynlarının daha da təkmilləşdirilməsi və istifadə olunan şəkillərin daha böyük ölçülərdə hazırlanması məqsədəuyğun olardı. "Highlights" dizaynları da ümumi baxımdan diqqətçəkicidir; hər biri eyni üslubda olmasa da, kifayət qədər peşəkar şəkildə tərtib edilib. Ümumilikdə, səhifənin vizual təqdimatı üzərində işləmək onun cəlbediciliyini daha da artırar.

Ekosular.az
Sayt WordPress CMS platforması üzərində hazırlanıb. Saytdaxili şəkillər və slider şəkilləri hər bir xəbər üçün fərqli ölçülərə malikdir ki, bu da ümumi erqonomikanı və istifadəçi təcrübəsini müəyyən qədər pozur. Xəbər şəkillərinin üzərində Report.az xəbər portalına aid loqotiplərin olduğunu müşahidə etdim. Eyni zamanda, mətnin unikallığını yoxladıqda, bəzi xəbərlərin digər portallarda yerləşdirilmiş məlumatlarla oxşar olduğunu gördüm. Başadüşüləndir ki, tamamilə unikal məzmun yaratmaq ciddi resurs tələb edir. Lakin tövsiyə edərdim ki, bu istiqamətdə mərhələli şəkildə işlərə başlanılsın. Saytın etibarlılığını və rəqabət qabiliyyətini artırmaq məqsədilə gələcəkdə yayımlanan xəbərlərin tamamilə orijinal olması təmin edilməlidir. Bununla yanaşı, şəkillərin ölçülərinin standartlaşdırılması və vahid formatda təqdim edilməsi saytın vizual harmoniyasını və istifadəçi məmnuniyyətini artıracaq.

Bayramoff
Sayt istifadəçi yönümlü və funksional şəkildə hazırlanıb, minimalistik dizaynı və geniş filter imkanları ilə diqqət çəkir. Bir neçə xəbərin mətn unikallığını yoxladım və 100% unikallıq göstərdi. Lakin açılma sürəti bir qədər zəifdir. Şəkillərin optimallaşdırılması və server performansının yaxşılaşdırılması bu problemi həll edəcəyini düşünürəm.

Şəki Ensiklopediyası
Sayt açılmadı

Baku.News
Ümumilikdə sayt kifayət qədər funksionaldır və istifadəçilər üçün rahatlıq təmin edir. Lakin müəyyən təkmilləşdirmələrə ehtiyac duyulur. Xüsusilə xəbər mətnlərində plagiat hallarının mövcudluğu saytın etibarlılığını azalda bilər. Bu problemi aradan qaldırmaq üçün məzmunun orijinallığına diqqət yetirilməsi tövsiyə olunur. Həmçinin, xəbərlərin daxilində istifadə olunan şəkillər üçün xüsusi bir slayder funksiyasının əlavə edilməsi məqsədəuyğun olardı. Bu yenilik, səhifənin uzunluğunu azaltmaqla yanaşı, vizual görünüşü daha səliqəli və peşəkar edər. Hazırkı vəziyyətdə şəkillərin düzülüşü saytın ümumi dizaynına mənfi təsir göstərir və istifadəçilərin diqqətini yayındıra bilər.

Рoскошная жизнь в великолепном месте.
Saytın hədəf auditoriyası geniş kütlə deyil, əsasən "Sea Breeze" ərazisində yerləşən daşınmaz əmlak, otellər və çimərliklərlə maraqlanan şəxslərdir. Bu səbəbdən, məzmunun daha spesifik və həmin auditoriyanın maraqlarına uyğun olması vacibdir. Saytın ilk açılışında birbaşa xəbər bölməsi nümayiş olunur, lakin istifadəçi təcrübəsini artırmaq üçün ana səhifədə slayder funksiyasının əlavə edilməsi tövsiyə edirəm. Bu slayder, həm vizual cəlbediciliyi artırar, həm də ziyarətçilərə əsas məlumatları daha strukturlaşdırılmış şəkildə təqdim etməyə imkan yaradar. Bundan əlavə, qeyd etmək lazımdır ki, sayt Wordpress CMS üzərində qurulub. Bu platforma ümumiyyətlə geniş imkanlar təklif etsə də, bəzən dizayn və funksionallıq baxımından məhdudiyyətlər yarada bilər. Saytın imkanlarını genişləndirmək və daha çevik bir funksionallıq təmin etmək üçün fərdi kodlaşdırılmış həllər və ya daha müasir platformaların istifadəsi nəzərdən keçirilə bilər.

Azerbaijan Media
Sayt ümumilikdə müsbət təəssürat yaradır. Dizayn üslubu sadə və funksional şəkildə hazırlanın, bu da istifadəçi təcrübəsini artırır. Gələcəkdə Azərbaycan və Rus dillərinin əlavə edilməsi saytın daha geniş auditoriyaya xidmət göstərməsi üçün faydalı olardı. Çoxdilli dəstək, həm yerli istifadəçilər, həm də regional ziyarətçilər üçün rahatlıq təmin edəcək. Bununla yanaşı, qeyd etmək lazımdır ki, saytın hazırda Wordpress CMS üzərindən hazırlanması funksionallıq baxımından müəyyən məhdudiyyətlər yarada bilər. Fərdi kodlaşdırılmış platformanın istifadəsi, saytın unikal xüsusiyyətlər və daha yüksək performansla işləməsini təmin edər. Bu, xüsusilə gələcəkdə daha kompleks funksionallıq və yüksək trafik üçün vacib ola bilər

"Azərbaycan müəllimi" qəzetinin saytı
Sayt təhsil sahəsində çalışanlar üçün əhəmiyyətli bir informasiya mənbəyidir. Xüsusilə qəzetin PDF arxivinin mövcudluğu saytın funksionallığını artırır və istifadəçilər üçün dəyərli bir resurs təqdim edir. Bu, həm də təhsil sahəsindəki araşdırmalar və məlumatların daha rahat əldə edilməsinə kömək ola bilər. Saytın əsas səhifəsində yerləşdirilmiş "Bloqlar" bölməsi isə məzmun baxımından maraqlı olsa da, mövcud dizayn və strukturda qarışıqlıq yarada bilər. Tövsiyə edərrəm ki, bu bölmə slayderin yanından çıxarasınız. Belə bir dəyişiklik, saytın daha səliqəli və strukturlaşdırılmış görünməsini təmin edər, həm də istifadəçilər üçün naviqasiyanı asanlaşdırar.

Liman
Yaxşı saytdır. Bir neçə xəbəri mətn unikallığı cəhətdən yoxladım və 100% unikallıq göstərdi. Səliqəli hazırlanmış xəbər səhifələri var. Əsas səhifədə aşağıda yerləşən xəbər arxivini rubrikalar üzrə bölməniz daha yaxşı olar. Yeganə müsbətə yaza bilməyəcəyim məsələ saytın WordPress üzərində hazırlanmasıdır.

Texno Blog
Saytda təqdim olunan maarifləndirici kontent istisna olmaqla, digər cəhətləri qənaətbəxş hesab etmirəm. Saytın dizaynı, şəkillərin ölçüləri və ümumi üslub peşəkar səviyyədə deyil və bunların hər biri yenidən hazırlanmalıdır.

Radio Baza
Hazır WORDPRESS Tamplate istifadə olunub

Baku TV
Hadisə yerindən ən operativ xəbər verən sosial media səhifəsindən biridir.

Baku.ws
Instagram sosial şəbəkəsi üzərindən gündəlik məlumat paylaşan səhifədir. Uğurlar arzulayıram.

Azərbaycan Tarixi və Arxeoloji Tədqiqatlar
Kontentlə tanış oldum. Maraqlı məlumatlar və videolar paylaşılır. Profil rəsmini daha yukarı keyfiyyətdə hazırlamağı məsləhət görərdim

Triptotrip
Sayt WordPress CMS -nə aid olan Meet WordPress konstruktoru vasitəsi ilə hazırlanıb. İndividuals kod və yaxud dizayn istifadə olunmayıb. Keçid üçün 1 səhifəyə dahil oldum ordan da ana səhifəyə geri dönə bilmədim

Trips.az
Sayt sadə və istifadəçiyönümlü şəkildə hazırlanmışdır. Bloq səhifəsinin mövcudluğu müsbət haldır, lakin burada yalnız az sayda bloq yazısı təqdim edilib. Həmçinin, bloq bölməsindən ana səhifəyə geri dönüş imkanı yoxdur ki, bu da naviqasiya baxımından çətinlik yarada bilər. Bundan əlavə, otel, transfer və sığorta keçidləri birbaşa xarici saytlara yönləndirir, bu da istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər.

First Step Tourism
Sayt WordPress CMS platformasında "Elementor" konstruktoru vasitəsilə hazırlanmışdır. Bu isə fərdi kodlaşdırma və unikal dizaynın olmaması ilə nəticələnir. Belə yanaşma müəyyən funksionallıq və dizayn məhdudiyyətləri yarada bilər. Bununla yanaşı, saytın maarifləndirici kontent təqdim etməsi müsbət cəhətdir və istifadəçilər üçün dəyərli informasiya mənbəyi kimi qiymətləndirilə bilər.

Hilal Abdullayeva ilə qrup turları
Sayt ümumilikdə istifadəçi təcrübəsi baxımından kifayət qədər qaneedici deyil. Menyuda yerləşən bütün keçidlərin yalnız WhatsApp vasitəsilə əlaqəyə yönləndirilməsi funksionallıq baxımından məhdudiyyət yaradır. Şəkillərin bəzilərinin tam yüklənməməsi və ya yarımçıq görünməsi isə saytın texniki keyfiyyətini aşağı salır. Həmçinin, "Header Box" bölməsi səliqəsiz hazırlanmışdır və vizual olaraq peşəkar görünmür. Saytın ümumi strukturu və texniki problemləri nəzərə alınaraq, təkmilləşdirmə işləri aparılması tövsiyə edirəm.

Йога в Баку
Saytın dizaynı zəifdir və istifadəçi təcrübəsi baxımından qənaətbəxş deyil. Əlavə olaraq, sayt hazır "Tilda" CMS platformasında hazırlanmışdır ki, bu da fərdi kodlaşdırma və unikal dizayn imkanlarını məhdudlaşdırır

Avia.az
Sayt fərdi dizayn və fərdi kodlaşdırmadan istifadə etməmiş, açıq mənbəli "Tilda" CMS platforması vasitəsilə hazırlanmışdır. Bu yanaşma saytın unikal xüsusiyyətlərini məhdudlaşdırır və vizual cəhətdən peşəkar təsir bağışlamır. Belə bir yanaşma, xüsusilə daha geniş funksionallıq və fərqlənən dizayn tələb edən layihələr üçün kifayət qədər uyğun deyil.

Dr. Ağa Ağazadə
Saytın dizaynı, istifadə olunan ikonlar, header və slider bölmələri kifayət qədər peşəkar hazırlanmamışdır. Ümumilikdə zəif vizual təsir bağışlayır. Sayt WordPress CMS platformasında hazırlanmışdır və daha dəqiq desək, LayerSlider WP alətindən istifadə edilmişdir. Bu yanaşma, funksionallıq və unikal dizayn baxımından məhdudiyyətlər yaradır.

"Diaqnoz Tibb Mərkəzi" MMC-nin vebsaytı
Saytın dizaynında istifadə olunan rənglər uyğunsuzdur və qarışıqlıq yaradır. Dizayn ümumilikdə zəifdir, ikonlar isə ölçü baxımından həddindən artıq böyükdür, bu da vizual tarazlığın pozulmasına səbəb olur. Əsas səhifədə istifadə edilən şəkillərin aşağı keyfiyyətdə olması saytın ümumi təsirini mənfi şəkildə azaldır. Tövsiyə edərdim ki, ilkin olaraq loqo yenidən dizayn edilsin və minimalistik üsluba uyğunlaşdırılsın. Loqo üzərində aparılan işlər əsasında, sayt da eyni üsluba uyğun olaraq yenidən hazırlanmalıdır.

TUR.AZ - TUR SİFARİŞİ , TURLAR
Saytın əsas səhifəsi birbaşa turlardan başlayır, lakin bu bölməyə uyğun başlıq və məlumat təqdim edilməyib ki, bu da saytın strukturunda müəyyən boşluqlar yaradır. Tur səhifələrindəki şəkillər isə nə vahid üsluba malikdir, nə də yüksək keyfiyyətlidir. Bu, saytın ümumi vizual təqdimatına mənfi təsir göstərir. Tövsiyə edərdim ki, istirahət mərkəzləri, otel və ya sanatoriyaların real görüntülərindən istifadə edilsin. Canlı və yüksək keyfiyyətli şəkillər həm saytın cəlbediciliyini artırar, həm də istifadəçilərin təqdim olunan xidmətlərə daha çox etibar etməsinə səbəb olar.

Crescent Mall
Düzünü desəm, Crescent Mall-ın internet saytından daha yüksək keyfiyyət gözləyirdim. Ölkədə fəaliyyət göstərən ticarət mərkəzlərinin internet saytları ümumiyyətlə yüksək səviyyədə deyil, bir neçə istisna olmaqla. Lakin bu saytlar uzun müddət əvvəl hazırlanmış və yenilənməmiş ola bilər. Crescent Mall isə yeni fəaliyyətə başlamış ticarət mərkəzi kimi təqdim edilən internet saytının daha zəif olması gözlənilməzdir. Saytdaxili animasiyalar, font seçimi, şəkillərin proporsiyası və responsivliyi qənaətbəxş deyil. Bu cür texniki və dizayn problemləri saytın ümumi təsirini zəiflədir və istifadəçi təcrübəsinə mənfi təsir göstərir. Crescent Mall-ın daha müasir və cəlbedici bir internet saytına ehtiyacı var.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Sayt ümumilikdə çox sadə hazırlanmışdır. Fontlar həddindən artıq böyükdür və bu, vizual balansı pozur. Elementlərin proporsiyaları düzgün qurulmayıb, bu da ümumi dizayna mənfi təsir göstərir. Daxili səhifələrdə şəkillər üçün slider funksiyasının olmaması istifadəçi təcrübəsini məhdudlaşdırır. Şəkilə baxdıqdan sonra yenidən əvvəlki səhifəyə qayıtmaq zərurəti naviqasiyanı çətinləşdirir.

Petrol: Azerbaijan YDM-ləri
İdeya kifayət qədər yaxşıdır və tətbiqin dizaynı da normal hazırlanmışdır. Tətbiqin App Store platformasına əlavə edilməsi də faydalı olardı, çünki bu, daha geniş istifadəçi kütləsinə çatmağa imkan verərdi. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində qiymətlər demək olar ki, eynidir. Buna görə də tətbiq əsasən məntəqələrin yerini öyrənmək və ya müəyyən əlavə xidmətləri yoxlamaq üçün istifadə oluna bilər.

Tripocell Travel İnternet
Tətbiqin rəng seçimi və UI/UX dizaynı yüksək səviyyədə hazırlanıb. Vizual cəlbedicilik və funksionallıq baxımından uğurlu bir iş ortaya qoyulub. İstifadəçi dostu interfeys və yaxşı düşünülmüş dizayn tətbiqi həm istifadədə rahat, həm də estetik baxımdan gözəldir.

Baku City Life
Tətbiqin avtobus marşrutlarının və gündəlik istifadə üçün zəruri məkanların yer məlumatlarının daxil edilməsi funksiyası çox faydalıdır və istifadəçilərin ehtiyaclarını qarşılamağa yönəlmişdir. Lakin dizayn baxımından tətbiq köhnə görünüşə malikdir. İnterfeysdəki şəkillərin vahid üsluba uyğun olmaması vizual harmoniya çatışmazlığı yaradır. Bu şəkillərin daha müasir və estetik baxımdan cəlbedici ikonlarla əvəz edilməsi tövsiyə olunur. Tətbiqin gələcəkdə App Store platformasında da təqdim edilməsi geniş istifadəçi auditoriyasına çatmaq baxımından mühüm addım olardı.

Osmansoy səhifəsi
Fərqli mövzularda maraqlı və müxtəlif kontentin paylaşılması müsbət haldır. Lakin videolarda işıqlandırmanın zəif olması və video üzərindəki mətnlərin sadə üslubda təqdim edilməsi kontentin cəlbediciliyini azaldır. Tövsiyə edərdim ki, mobil videografiya üçün istifadə olunan avadanlıqlara diqqət yetirilsin. Yüksək keyfiyyətli işıqlandırma cihazları, peşəkar yaxa mikrofonları və müasir video montaj proqramlarından istifadə edilməsi videoların keyfiyyətini və peşəkarlığını artıracaqdır.

Azer Garib Personal blog
Azər müəllim bu sahədə fəaliyyət göstərən blogerlər arasında aparıcı şəxslərdən biridir. Onun paylaşımları arasında həm peşəkar şəkildə çəkilmiş kontentlər, həm də birbaşa telefonla çəkilmiş materiallar yer alır. Tövsiyə edərdim ki, Highlights bölməsi üçün maraqlı və cəlbedici dizayna malik ikonlar hazırlanaraq, həmin bölmədə diqqətçəkən və faydalı məzmun yerləşdirilsin.

Səyahət blogu
Maraqlı məkanlar, yüksək keyfiyyətli kontent, gözəl rakurslardan çəkilmiş video və fotoşəkillər, hətta fon musiqisindəki sözlər belə diqqətəlayiqdir. Bütün bu elementlər birlikdə gözəl bir təəssürat yaradır. Uğurlarınızın davamını arzulayıram.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası
Videolardakı montaj və keçidlər çox uğurludur. Fotoşəkillərdəki yumoristik paylaşımlar səhifəyə əlavə maraq qatır və izləyicilər üçün əyləncəli bir atmosfer yaradır. Highlights bölməsinə daha çox diqqət yetirilməsi bu hissənin daha vizual cəhətdən cəlbedici və faydalı olar.

huseynmammadsalahov
Müəllif həm maarifləndirici, həm də endirim və kampaniyalar haqqında məlumatları təqdim edir. Videoların üzərindəki yazıların daha cəlbedici və diqqət çəkici olması, paylaşımların daha gözəl və təsirli olmasına kömək edər.

İZ Azərbaycan
Dron çəkilişlərinin keyfiyyəti və ustalığını bəyəndim. Bu cür çəkilişlər ölkəmizin tanınmasına əhəmiyyətli töhfə verir. Müəllifə tövsiyə edərdim ki, videoların rəng korreksiyasını daha parlaq və rəngarəng etmək üzərində işləsin. Hazırda bəzi videoların rəngləri solğun görünür və bu, vizual təsiri zəiflədir. Rənglərin daha canlı olması kontentin daha cəlbedici və dinamik görünməsinə kömək edər.

Shams.nuray (Travel influencer)
Çəkiliş, postların dizaynı və montaj ümumilikdə orta səviyyədədir. Highlights bölməsinin mövcud olmaması diqqət çəkir. Əlavə etməyinizi tövsiyə edərdim.

Digital Expo Center
Sayt WordPress CMS üzərində, Elementor konstruktoru vasitəsilə hazırlanıb. Bu yanaşma, saytın sürətli və asan şəkildə qurulmasına imkan verir, lakin hazır dizayndan və dizayna uyğun hazır kodlaşdırmadan istifadə olunub.

Verbooze
İdeya baxımından sayt maraqlı və maarifləndirici xarakter daşıyır. Lakin qeyd etmək lazımdır ki, saytın yerli bir sayt olmadığı anlaşılır. Çünki domen qeydiyyatı GoDaddy.com, beynəlxalq domen qeydiyyatı və satışı ilə məşğul olan bir şirkətə aiddir. Həmçinin, əlaqə nömrəsi yerli nömrə deyil.

Taskool
Gözəl hazırlanmış bir saytdır. Lakin bəzi məsələlərdə dəyişikliklər etsəniz, daha gözəl olar. TIP - İhtisaslaşma bölməsindəki arxa fon Pattern Landscape Style seçimi, saytın üslubuna uyğun deyil. SteamHub bölməsindəki ikonları eyni üslubda, daha kiçik və yaxşı dizaynla hazırlasanız daha uyğun olar. Daxili slider şəkilləri saytın strukturuna uyğun olaraq, həmin ölçüdə hazırlanması mümkündür. Şəkillər ümumilikdə eyni üslubda olsa, daha estetik görünər.

Ainisa
Həm dizayn, həm kontent, həm də ideya baxımından gözəl hazırlanmış bir saytdır. Lakin bir əlavəm olacaq. Saytın qara rejimində "Nə üçün ChatGPT yox, Aynisə?" bloku ağ rəngdə görünür. Bu bloku qara rejimə uyğunlaşdıraraq, daha estetik və harmonik bir görünüş əldə etmək mümkündür. Uğurlar!

Cyberross
Sayt yerli deyil. Sayt daxilindəki əlaqə nömrələri Azərbaycan operatorlarına aid deyil. Ümumilikdə sayt normal səviyyədədir. Lakin ana səhifədə istifadə olunan şəkillərin keyfiyyətini və dizaynını dəyişdirmək daha uyğun olar.

Div Academy
Sadə dizaynlı bir saytdır. "Gələcəyini necə inşa etmək istəyirsən?" bölməsindəki bütün ikonlar eynidir və bu, vizual müxtəliflik baxımından təkmilləşdirilə bilər. Sayt DataLife Engine CMS üzərindən hazırlanıb. Fullstack Proqramlaşdırma tədrisi verən bir akademiya üçün, öz saytını yazması və dizaynını yaratması daha uyğun olardı.

DIGITAL DRIVING ACADEMY
Hazırda ölkəmizdə çox vacib və ehtiyac duyulan bir tədris sahəsidir. Sayt ümumilikdə normal hazırlanıb. Uğurlar!

Linky
Dizayn yaxşı hazırlanıb və virtual business card layihəsi üçün kifayət qədər məlumat mövcuddur. Lakin daxili səhifələrdə çox sayda reklam yerləşdirilməsi, saytın statusunu aşağı salır. Saytın əsas məqsədi abunəlik üzərindən gəlir əldə etməkdir, lakin reklamlar ümumi saytın dizaynını pozur. Həmçinin, istifadəçi səhifəsini bəyənmədim.

EduSoft - Təhsil mərkəzi idarə etmə platforması
Onepage tipli sayt üçün təqdim olunan məlumatlar kifayət qədər azdır. Saytın başlığında WhatsApp düyməsi və əsas şəkilin keyfiyyətində və kəsimində problemlər mövcuddur. Sayta demo funksiyasının əlavə edilməsi, istifadəçi rəyləri və müştərilər haqqında məlumatların daxil edilməsi saytı daha cəlbedici və məlumatlandırıcı edərdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsmi internet portalı
Sayt WordPress CMS üzərindən hazırlanmış hazır template-dən istifadə edilərək tərtib olunub. Sadəcə olaraq məlumatlar əlavə edilmiş və qurulmuşdur.

Onsual
Bəyəndim. Sadə və minimalistik üslubda hazırlanmış saytdır. Saytda individual ikonlar, gecə gündüz rejimi, vizual izahlar və FAQ bölməsi mövcuddur. Uğurlar!

Anlar.az
Dizayn zəif hazırlanıb, baxmayaraq ki, hazır CMS (Tilda) istifadə olunub. Sliderin yüklənmə sürəti gecikir. İstifadə olunan şəkillərin ölçüsünü optimallaşdırmaq lazımdır.

Courses
Dizaynı gözəldir. İkonlar individual hazırlanıb. Onapages say üçün bir az məlumat azdır. Ümumi saytı bəyəndim. Uğurlar!

SmartAbituriyent
Sayt "Flat" üslubunda hazırlanmış Onepage tipli bir platformadır. Lakin təqdim olunan məlumatların kifayət qədər olmadığını düşünürəm. Blog səhifəsinə keçid mümkün olmadı, bu isə vacib bir məqamdır, çünki blog bölməsi həm abituriyentlərə dəstək rolunu oynaya, həm də SEO baxımından saytın inkişafına töhfə verə bilər. Eyni zamanda, "Daha çox" bölməsi açılmadı.

e-Edu - Kurs, Bağça, Tədris mərkəzi İdarəetmə Sistemi
Bu sayt yalnız bir məhsul səhifəsi üçün hazırlanıb. Daha yaxşı istifadəçi təcrübəsi üçün əlavə məlumatlar, ekran görüntüləri və ya məhsulun demo versiyasını yerləşdirmək tövsiyə olunur. Bu, istifadəçilərə təqdim olunan proqram ilə daha yaxından tanış olmaq və interfeysini görmək imkanı yaradar.

Ekurs
Sadə bir saytdır, lakin kontent kifayət qədər deyil. Yalnız iki blog mövcuddur. Kurslar bölməsindəki daxili səhifələrin daha səliqəli tərtib edilməsini tövsiyə edirəm. Həmçinin, blog bölməsinə daha çox diqqət yetirərək onu inkişaf etdirmək faydalı olar.

Jalal-I tədris mərkəzi
Sayt dizayn baxımından zəif görünür, lakin kontent baxımından zəngindir. Əsas səhifədə çıxan pop-up pəncərənin dizaynını yeniləmək və onu ekranın küncünə yerləşdirmək daha məqsədəuyğun olardı. Daxili səhifələrdəki şəkillərin ölçüləri çox böyükdür; onları səliqəli və uyğun ölçüdə hazırlamaq saytın ümumi görünüşünü daha cəlbedici edər.

MathYouCan
Sayt dizayn baxımından yaxşı hazırlanmışdır, lakin dil seçimi mövcud deyil. Testlər bölməsində bütün testlərin başlıq səhifəsinin eyni olması diqqət çəkir. Bu bölməyə daha fərdi yanaşma tətbiq etməyinizi tövsiyə edirəm. Bu, həm istifadəçi təcrübəsini artırar, həm də saytın ümumi funksionallığını daha yaxşı göstərə bilər.

Voices.az
İdeya çox yaxşıdır! Lakin başlıq hissəsi bir qədər boş görünür. Bu sahəyə ekran görüntüsü və ya uyğun şəkil əlavə etsəniz daha yaxşı olar. Flat dizayn üslubu uğurlu seçilmişdir, lakin bir qədər dinamika çatışmır. Bu istiqamətdə əlavə işlər görsəniz, sayt daha cəlbedici ola bilər. Uğurlar!

Agrohub
Ölkədə kənd təsərrüfatının inkişafına dəstək üçün əla bir tətbiqdir. Dizayn baxımından daha peşəkar hazırlanması mümkün olardı. Tətbiqin daxilindəki infoqrafik məlumatlar uğurlu alınmış və cəlbedicidir. Bu, istehlakçı üçün də maraqlı və faydalı ola bilər. Uğurlar arzulayıram!

Dahi.az - Oyun Əsaslı Təhsil Platforması
Şagirdlərin inkişafı və maariflənməsi üçün əla bir tətbiqdir. Qeydiyyatdan keçmək mümkün olmadığından yalnız ekran görüntüləri əsasında dizaynı qiymətləndirdim və bəyəndim. Layihə uğurlu görünür, gələcəkdə daha geniş istifadəsini arzu edirəm.

Onsual
Dizayn, ikonlar və məlumat baxımından gözəl şəkildə hazırlanmış bir tətbiqdir. Ümumi təsir müsbətdir və istifadə üçün əlverişli görünür. Təbrik edirəm!

KidFi
Ölkəmizdə bu cür tətbiqlərin mövcudluğu sevindirici və təqdirəlayiq haldır. Tətbiq ümumilikdə funksional və məqsədəuyğun şəkildə hazırlanıb. Hal-hazırda əlavə edilməli ciddi bir irad görmədim. Gələcəkdə davamlı olaraq yeniliklərin və inkişafların tətbiqi ilə daha da geniş istifadəçi auditoriyası qazana biləcəyinizə inanıram. Uğurlar arzulayıram!

GearDYP: Sürücülük imtahanı
Dizayn bir qədər köhnə üslubda hazırlanıb. Sualların yerləşdiyi səhifədəki şəkillərin skan edilmiş formatda olması yerinə, yeni və müasir şəkildə hazırlanması daha uyğun olardı. Ümumilikdə, ideya baxımından dəstəkləyirəm və yaxşı potensiala malikdir.

twelfy
Yaxşı ideyadır. Dizaynı bir az daha müasir etsəniz və Play Market üçün də tətbiqi hazırlasanız, daha da uğurlu olar. Uğurlar!

Elnur Khalilov
Əvvəlki videolarla müqayisədə, getdikcə kontent daha əyləncəli və pozitiv olub, işıqlandırma və səs keyfiyyəti də əhəmiyyətli dərəcədə inkişaf edib. Maraqlı kontent hazırlanır.

Div Academy - instagram hesabı
Instagram səhifəsini hər cəhətdən bəyəndim. Çəkiliş, səs, videoların montajı və hətta şəkillərin dizaynı çox yaxşıdır. Highlighter -lar üçün ayrıca bir logo hazırlanarsa, daha mükəmməl olar.

Star Colleges
Paylaşımların dizaynı bir-birinə oxşar olsa da, ümumi olaraq əmək sərf olunduğu aydın şəkildə görünür.Yaxşı səhifədir.

Albert Eynişeydi
Marifləndirici və maraqlı məlumatlar paylaşılır. Tövsiyəm budur ki, paylaşımlarda ümumi cərçivədən istifadə etməsinlər. Müxtəlif dizaynlar tətbiq edilsə, daha yaxşı olar. Ən əsası, paylaşım üzərində bütün sosial şəbəkələrin qeyd edilməsi yalnız yer tutur, çünki izləyicilər artıq həmin şəbəkələrdən birində sizi izləyirlər.

Hüseyn Məhərrəmov
Paylaşım dizaynlarını bəyəndim, yaxşı hazırlanıb. Videolara da daha çox diqqət ayırdığınız təqdirdə, nəticələr daha müsbət olar. Eyni zamanda, paylaşım sayını artırmaq lazımdır, çünki paylaşımlar arasında müddət bir az böyükdür.

İtaldizain
Saytın dizaynı səliqəli, sadə və zövqlüdür. Məhsul şəkilləri yüksək keyfiyyətli və fotoqraf tərəfindən çəkilib. Font ölçüsünü bir az böyütmək saytın oxunaqlılığını daha da yaxşılaşdırar. İstifadə etdiyim kompüterdə sayt Paloalto tərəfindən bloklanıb. Bloklama səbəbi olaraq istifadə etdiyiniz hostinq göstərilib (https://urlfiltering.paloaltonetworks.com). Programçınız bu linkdən əlavə məlumat ala bilər.

serbest.az
İdeya çox yaxşıdır. Lakin sayt bir az boş görünür. Təklif edərdim ki, xidmətlər bölməsində yüklənən başlıq şəkillərinin standart ölçü tələb olunması və ya saytın özü yüklənən şəkilləri avtomatik olaraq standart ölçüyə salması təmin edilsin. Hazırda bu bölmə səliqəsiz görünür.

Karcher Azerbaijan
Sayt sadə e-commerce formatında hazırlanıb. Məhsullar haqqında geniş məlumat təqdim edilib. Əlavə olaraq, saytı ya responsiv dizayn funksiyası ilə təmin etmək, ya da planşet və telefonlar üçün ölçüləri uyğunlaşdırmaq tövsiyə olunur. Həmçinin, onlayn alış-veriş funksiyasının əlavə edilməsi saytın daha da yaxşı olmasına kömək edər.

E-standart
Faydalı saytdır. Lakin, dizayn baxımından düzəlişə ehtiyac var. Partnyorlar bölməsindəki logoların ölçüsü böyükdür və saytın ümumi dizaynına uyğun deyil. Dil seçimi bölməsi saytın stilistikasına uyğun gəlmir. Daxili səhifələrdə isə başlıq fontlarının ölçüsü çox böyükdür və daha balanslı bir şəkildə tənzimlənməsi lazım olacaq.

Gamenotebaku
Sayt yaxşı hazırlanmışdır. Məhsul haqqında məlumatlar öncədən düşünülərək ikonlarla təmin edilib. Məhsul səbətə əlavə edildikdə təsdiq barədə məlumat göstərilir, lakin səbət ikonunun üzərində bu məlumat əks olunmur. "NVIDIA" səhifəsi üçün ayrıca bir səhifə hazırlanıb, məlumat verilərək, sonradan vendorun səhifəsinə keçid əlavə edilə bilər.

Onlayn uşaq geyim mağazası
Saytın ilk açılışında istifadəçilər ilk növbədə "Nə satır?" və "Necə əlaqə saxlamaq olar?" suallarına cavab tapmalıdır. Hazırda bu görsənmir. Ana səhifəyə slider əlavə edilməsi məsləhət görürəm. Məhsul səhifəsində yalnız şəkil mövcuddur, lakin məhsul haqqında ətraflı məlumat əlavə olunmayıb. Bloq səhifəsi boşdur və əlaqə nömrəsi əlavə edilməyib.

Dream Scent parfum atelyesi
Dizaynı bəyənmədim. Font seçimi düzgün deyil və sayt köhnə üslubda hazırlanıb.

OUR Host - Azərbaycan Host Provayderi
Sayt sadə dizayndadır. Dili dəyişdikdə və daxili səhifələrə keçid etdikdə bəzi sözlər hələ də Azərbaycan dilində qalır. Müştəri rəyləri bölməsində isə həm xarici, həm də yerli vətəndaşlar ingilis dilində rəy yazıblar niyəsə

Tacir.PRO
Sayt sadədir. Məlumatlandırıcı videolar olsa da, ümumi ana səhifədə boşluq görünür. Müştəri rəyləri bölməsi və əgər istifadəçi şirkət olduğunda, onların logolarını əlavə etmək faydalı olar. Slider bölməsi daha müasir bir dizaynla əvəz etməyinizi tövsüyə edərdim

Coffeein
Qeydiyyat prosesində çətinlik yaşadım. Bu sahədə ölkədə bir çox tətbiq mövcud olsa da, tətbiqin dizaynı əla hazırlanıb. UI/UX tərəfi tətbiqin ən güclü cəhətlərindən biridir.

SnackPack
Tətbiq, həm istehlakçılar, həm də biznes fərdləri üçün çox uyğun bir ideyaya əsaslanır. Özümün də istifadə etməyi düşündüyüm bir tətbiqdir. Dizayn sadədir, lakin bir az rəng əlavə edilməsi tətbiqin görünüşünü daha cəlbedici edə bilər. Ümumilikdə, tətbiqi yaxşı qiymətləndirirəm.

Scapp
Tətbiqə daxil olduğum zaman yer icazəsini verdiyim üçün tətbiqdən istifadə edə bilmədim. Ümumilikdə, təqdim olunan ekran görüntülərindən tətbiqin yaxşı dizaynının olduğunu qeyd edə bilərəm. İdeya baxımından yaxşıdır. Hal-hazırda Naxçıvanda bu bazarda vəziyyət haqqında məlumatım yoxdur. Əgər bu seqmentdə böyük brendlər mövcuddursa, tətbiqin liderliyi qorumaq və müştəriləri cəlb etmək üçün güclü bir reklam büdcəsinə sahib olması vacibdir.

BİNA HESABI
Vaxtilə alternativ xarici proqram təminatlarını çox araşdırmışam və yerli bir proqramın mövcudluğu sevindirici haldır. Lakin, MTK-lara bu həlli daha yaxşı təqdim etmək vacibdir. Düşünürəm ki, saytın dizaynı daha müasir üslubda hazırlanmalı idi. One Pages konsepsiyası üzərində işlənərək, yüksək keyfiyyətli ekran görüntüləri və cəlbedici sliderlər əlavə edilməklə daha təsirli bir nəticə əldə etmək olardı.

MUHASIB.AZ
Saytın dizaynı kifayət qədər zəifdir. Ekrana çıxan Pop-Up elementləri məqsədəuyğun deyil və yersiz görünür. Maarifləndirici kontent təqdim edilsə də, saytın daha müasir dizaynda hazırlanması istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırar və daha geniş auditoriyanın cəlb olunmasına şərait yaradar.

FizzaPay - Multifunksional Vahid Ödəniş Sistemi
Saytın dizaynı sadə və istifadəçi üçün rahatdır. Lakin dil seçimi dəyişdirildikdə orta blokdan başqa bütün elementlər yoxa çıxır. Ölkədə bu sektorda rəqabət yüksəkdir. Fərqlənmək üçün maraqlı və cəlbedici funksionallıqlar təqdim etmək lazımdır.

Parabokt.az
Saytda istifadə olunan 3D ikonlar uğurlu seçimdir və diqqət cəlb edir. Ümumi dizayn orta səviyyədədir. Kredit kalkulyatorunun ölçüsünü ən azı 1.5 dəfə kiçildərək daha balanslı görünüş əldə etmək olar, çünki hazırkı formada həddindən artıq böyük görünür. Saytda məlumat kifayət qədər deyil və ana səhifəyə daha çox məzmun əlavə edilməklə istifadəçilərə daha dolğun məlumat təqdim etmək mümkün olardı.

Sizinlombard.az
Saytın dizaynı ümumi olaraq orta səviyyədədir. Slider bölməsindəki şəkillərin kəsimində problemlər müşahidə olunur və bu, ümumi görünüşə təsir edir. Kredit kalkulyatorunun ölçüsünü kiçiltmək məqsədəuyğundur, çünki mövcud ölçüsü həddindən artıq böyük görünür. İstifadə olunan 3D ikonların keyfiyyətini artırmaqla saytın vizual təsirini daha da gücləndirmək olar.

Billing and Collection
Sayt flat üslubunda hazırlanmışdır. Lakin arxa fonun rəngi bir qədər darıxdırıcı təsir bağışlayır. One Pages tipli bir sayt üçün təqdim edilən məlumatlar kifayət qədər deyil. İstifadəçi rəyləri və tətbiqdən ekran görüntülərinin əlavə edilməsi saytın daha cəlbedici görünməsinə töhfə verə bilər. Həmçinin, partnyorlar bölməsini saytın ümumi üslubuna uyğunlaşdırmağı tövsiyə edirəm.

ABB Mobile
Bəyəndiyim mobil tətbiqlər sırasındadır. Dizaynı və istifadəçi rahatlığı yüksək səviyyədədir.

PSI Money
Bir çox xarici alternativləri test etmişəm və hal-hazırda istifadə edirəm. Tətbiqin yerli olması müsbət məqamdır. Əgər banklarla inteqrasiya edilsə, dövlət ödənişlərini şəxsi hesabdan həyata keçirmək mümkün olsa və dizayn daha da təkmilləşdirilsə, tətbiqdən istifadəyə üstünlük verə bilərəm.

AzeRates
Dizayn orta səviyyədədir. Banklarda olan real vaxt məzənnəsinin göstərilməsi müsbət xüsusiyyətdir. Tətbiqin həm yerli olması, həm də alternativlərinin mövcudluğu nəzərə alınaraq seçilmək üçün daha çox yeniliklərin əlavə edilməsi vacibdir. App Store üçün də versiyanın hazırlanması məqsədəuyğun olardı.

SABAH.HUB
Saytın aşağıdan yuxarı hərəkət edən dizaynı maraqlı təsir bağışladı, lakin bu qeyri-adi yanaşma mənim üçün bir qədər alışqanlıq çətinliyi yaratdı. Saytın yüklənmə sürətinin bir qədər aşağı olması və ağır işləməsi vizual effektlərin intensivliyindən irəli gəlir. Ümumilikdə, sayt səliqəli və funksional şəkildə hazırlanıb, yersiz heç bir element müşahidə etmədim. Bununla belə, "Seçilən startaplar" bölməsində müəyyən texniki problem mövcuddur. Həmin blokun məlumatlarına daxil ola bilmədim. Bu məsələnin aradan qaldırılması saytın funksionallığını daha da artıracaqdır.

Baku Prod
Əsas səhifədə məlumatın az olması diqqətimi çəkdi. Bununla yanaşı, sayt müasir dizayn və səliqəli görünüşü ilə seçilir. İstifadə zamanı saytın rahatlığı və yormaması müsbət məqamdır. Lakin məhsul səhifəsi bir qədər boş təsir bağışladı. Ümumilikdə, sayt uğurlu və bəyəniləsi bir layihədir.

All in One Technologies
Sayt müasir üslubda hazırlanmış və estetik baxımdan diqqət çəkir. Saytdaxili ikonların vahid üslubda işlənməsi uğurlu bir yanaşmadır. Tək tövsiyəm hazırda aktual olan gündüz (ağ) rejimini də əlavə etmələridir. Uğurlar arzulayıram!

AzInCloud
Sayt ümumilikdə rahat və istifadəçi dostudur. Rəng seçimləri brandbook -a uyğun olaraq sakit və zövqlü şəkildə seçilmişdir. Slider bölməsində yalnız mətn deyil, həmin mətnlərə uyğun şəkillərin də əlavə edilməsi daha təsirli olardı. Saytda təqdim olunan məlumatların həcmi azdır. Xüsusilə məhsul və xidmətlər bölməsində daxili səhifələrin olmaması diqqət çəkir. Bu bölmələr haqqında daha ətraflı məlumat təqdim edərək istifadəçilərə aydınlıq gətirə bilərsiniz. Bloq bölməsində isə yalnız bir yazının olması həmin bölməni zəif göstərir. Daha çox məqalə, yenilik və maarifləndirici məzmun əlavə edərək saytın dinamikliyini artırmağı tövsiyə edirəm. Ümumilikdə sayt səliqəli və düzgün hazırlanıb,

BIRAİNY MMC
Bu sektor üzrə rast gəldiyim ən mükəmməl saytlardan biridir. Rənglər, dinamiklik, məhsul şəkilləri və xüsusilə slider bölməsi çox peşəkar və zövqlü şəkildə hazırlanmışdır. Sayt ümumilikdə yüksək səviyyədədir və istifadəçi təcrübəsini müsbət təsir edir. Təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram!

AZSAFFRON
Saytın dizaynı təəssüf ki, gözlənilən premium təsiri yaratmır. Görünür, məqsəd premium seqmentə aid məhsul üçün nəzərdə tutulmuş bir sayt hazırlamaq olub, lakin hazırkı versiya bu təəssüratı vermir. Əsas menyudan bölmələrə keçid çətindir və menyu tez bağlanır, bu da istifadəçi təcrübəsinə mənfi təsir göstərir. Saytda hər hansı dinamik elementlərin olmaması vizual cəlbediciliyi azaldır. Ümumilikdə, təkmilləşdirilməyə ehtiyac olduğunu düşünürəm.

Global Management
Sayt ümumilikdə yaxşı hazırlanmışdır. Lakin əsas səhifədəki "Daha ətraflı" bölməsinə keçidə ehtiyac olmadığını düşünürəm; birbaşa saytın əsas məzmununa keçid daha məqsədəuyğun olardı. Arxa planda istifadə olunan putter elementləri saytın ümumi üslubuna uyğun gəlmir və onların dəyişdirilməsi daha yaxşı vizual harmoniya yaradardı. Ümumilikdə sayt müsbət təəssürat yaradır. Uğurlar!

Novex Group
Sayt sadə və istifadəsi rahatdır. Dizaynı ümumilikdə normal hazırlanmışdır. Bununla yanaşı, məlumatın azlığı hiss olunur. Sliderdən başqa digər media kontentlərinin daha keyfiyyətli təqdim olunması saytın ümumi təsirini gücləndirə bilər. Ümumilikdə müsbət təəssürat yaradır. Uğurlar!

Business by Umico
Saytda məlumat kifayət qədər deyil. Fikrimcə, Umico platformasında satış həyata keçirən sahibkarlar üçün daha geniş və ətraflı məlumat təqdim etmək faydalı olardı. UI/UX baxımından sayt normal şəkildə hazırlanmışdır.

Tripocell
Sayt ümumilikdə çox yaxşı təəssürat bağışlayır. Yüngül və müasir dizayn, dinamik elementlər və məhsulun screenshot görüntüləri yüksək keyfiyyətlə təqdim olunmuşdur. Sayt peşəkar şəkildə hazırlanıb və istifadə üçün çox rahatdır. Uğurlar arzulayıram!

Okmedia
Saytda istifadə olunan slider yenidən nəzərdən keçirilməlidir, çünki cari vəziyyətdə optimallaşdırma tələb edir. Portfolio bölməsində təqdim olunan işlər kifayət qədər deyil və daha əhatəli təqdimatlar əlavə olunması məqsədəuyğun olardı. Saytdan istifadə zamanı bir neçə dəfə server xətası ilə qarşılaşdım, bu da texniki baxımdan təkmilləşdirmə ehtiyacını göstərir. Ümumilikdə dizayn normal hazırlanmışdır, lakin başlıq hissəsinin daha diqqətlə işlənməsi tövsiyə olunur. Uğurlar arzulayıram!

Aspen Group korporativ sayt
Saytın dizaynı müasir tələblərə cavab vermir və ümumi üslubu köhnəlmiş təəssürat yaradır. Mövcud animasiyalara, kontent və media fayllarına yenidən baxılmalı, daha innovativ və cəlbedici elementlərlə əvəz edilməsi məqsədəuyğun olardı. Saytda təqdimat tərzi, təəssüf ki, PowerPoint təqdimatını xatırladır və bu yanaşma istifadəçi təcrübəsini zəiflədir.

Fikir Coworking
Datalife Engine (DLE) CMS istifadə edilərək hazırlanmış sayt ümumilikdə yaxşı təəssürat yaradır. Daxili səhifələrdə keyfiyyətli kontent təqdim edilib və saytın ümumi səliqəliliyi yüksək qiymətləndirirəm.

MyContact rəqəmsal vizit kart
Saytın ümumi stilistikası yoxdur. İkonlar, bannerlər və slider hər biri fərqli dizaynda hazırlanıb. Əsas səhifədəki 3D elementin arxasındakı kölgə belə saytın dizaynını pozur.

Vhstudio Veb Agentlik
Portfolio saytı üçün yaxşıdır. Lakin rəng seçimi gözü yora bilər. Blogda bütün məlumatlar yalnız ingilis dilindədir. Mətnin unikallığını yoxladıqda, nəticə 10% aşağı göstərdi. Yaxşı olardı ki, blogdakı məlumatlara yenidən baxılsın və digər dillərə tərcümə edilsin. Ümumilikdə, saytın özü yaxşıdır.

TEORIA
Sayt Tilda CMS konstruktorunda hazırlanıb. Lakin saytın yüklənmə sürəti həddindən artıq yavaşdır. Təklif edirəm ki, ya hostinqi dəyişəsiniz, ya da saytda istifadə olunan media fayllarını optimallaşdırıb yüngülləşdirəsiniz. "Niyə Biz?" bölməsindəki ikonlar və slideri bəyəndim.

BERC&Partners
Sayt WordPress CMS-ə aid "Elementor" konstruktorunda hazırlanıb. Saytda təqdim olunan məlumatlar azdır. "Partnyor" və "Biznes Xidmətləri" bölmələri isə çox sadə və köhnə dizayndadır. Ümumilikdə, saytın dizaynını bəyənmədim.

Sharaf Media reklam agentliyi
Sayt müasir dizaynı ilə diqqət çəkir və istifadəçilər üçün rahat bir təcrübə təqdim edir. Kontent də düzgün və ətraflı şəkildə təqdim edilib, məlumatların balansı yaxşı qurulub. Saytın funksionallığı və strukturunun aydınlığı istifadəçi təcrübəsini daha da yaxşılaşdırır. Ümumilikdə, sayt həm dizayn, həm də kontent baxımından müsbət təəssürat yaradır və istifadəyə uyğun hazırlanıb.

AzərTərcümə - peşəkar tərcümə xidmətləri
Sayt WordPress CMS üzərində hazırlanıb, lakin heç bir template ilə əlaqəsi aşkar edilmədi. Flat dizayn üslubunda yaradılmış bir saytdır. Xidmətlər bölməsindəki vizuallar gözəl hazırlanıb və ümumi ahəngə uyğundur. Əsas səhifədəki məlumatların daha ətraflı olması saytın daha cəlbedici olmasına kömək edə bilər.

WOX.az Webde Operativ Xidmət
Saytın dizaynında ümumi bir üslub görmədim. Rənglərdən başqa, animasiyalar və hər bir bölmənin dizaynı fərqlidir. Hətta footer hissəsi də qeyri-adi şəkildə qara rəngdə hazırlanmışdır. Ümumilikdə, saytın dizaynını bəyənmədim.

FA Company - HoReCa xidmeti
Əsas şəkillərin süni intellekt vasitəsilə hazırlanmış olması ehtimalı var, çünki şəkillərdəki elementlər və insan üzü dəqiq şəkildə görünmür. Saytın naviqasiyası cəhətdən çox qeyri-rəhatdır; bölmələrə yalnız menyu vasitəsilə daxil olmaq mümkündür və geri qayıtmaq olmur. Şəkil üzərində ağ rəngdəki menyu düyməsi yaxşı görünmür. Logo isə fon şəkilləri üzərində rəngli deyil, əsasən boz rəngdə göstərilir.

Marketing Talks
Sevərək izlədiyim bir YouTube kanalıdır. Kanalın təqdim etdiyi kontent, dizayn və montaj çox zövqlə hazırlanıb. Hər biri izləyicilərin marağını cəlb edəcək şəkildə təqdim olunur. Lakin, bir tövsiyəm var: videoların keyfiyyətinin artırılması üçün, onları 2K və ya 4K ölçülərində də paylaşmaq faydalı olar.

SABAH.HUB
Səhifəsini bəyəndim. Postların dizaynına xüsusi diqqət yetirildiyi açıq şəkildə görünür, hər bir paylaşım zövqlə hazırlanıb. Paylaşım aralığını bir az azaltsanız, səhifənin daha da cəlbedici olacağını düşünürəm. Ümumilikdə, səhifə maraqlı və göz oxşayandır, izləyicilərə dəyərli kontent təqdim edir.

Technovate-Sabah Angel Investors Club
Ümumilikdə, LinkedIn səhifəsi əsasən HR marketing üçün daha effektiv bir alətdir. Səhifə, şirkətin xidmətləri və məhsulları ilə bağlı deyil, daha çox potensial namizədlər üçün şirkətin təqdimatını edir. Bu platformada yaradıcılıq yaratmaq üçün məhdud imkanlar mövcuddur. Buna görə də, bu səhifəni daha çox məlumat xarakterli paylaşım kimi qəbul etmək olar.

Corpowid Rəqəmsal Müyəssərlik Həlləri
Anladığım qədəri ilə sayt, təqdim olunan məhsulun tanıtım saytı olaraq hazırlanıb. Bu məhsulu bir çox yerli saytlarda görmüşəm və çox faydalı iş görür. Sayt isə müasir dizaynlı və istifadəçi dostudur. Lakin, Slider bölməsi bir az boş görünür; yazılar dəyişsə də, vizual eyni qalır. Blog bölməsində dil dəyişdikdə, bəzən kontenti başqa dildə olan yazılar qalır. Ümumilikdə saytı bəyəndim və şirkət saytımda tətbiq haqqında düşünəcəm.

Bacararsan.az
Sayt DataLife Engine CMS-i üzərində hazırlanmışdır. İdeya baxımından çox bəyənir və tam dəstəkləyirəm. Xüsusilə fiziki məhdudiyyətli və veb proqramlaşdırma sahəsinə maraq göstərən gənclərin bu cür platformalara böyük ehtiyacı olduğuna əminəm. Bu layihəni Korporativ Sosial Məsuliyyət çərçivəsində təqdim edərək investisiya cəlb etmək, daha keyfiyyətli və maarifləndirici videolar hazırlamaq, həmçinin geniş kontent yaratmaq mümkündür. Hazırkı mərhələdə kontentin az olduğunu düşünürəm və daha çox materialın əlavə olunmasının layihənin effektivliyini artıracağına inanıram.

Gələcəyi Yazanlar
İdeya çox yaxşıdır və ölkəmizdə bu cür layihələrin sayının artması olduqca vacibdir. Sayt sadə, OnePage formatında hazırlanmışdır və minimalistik üslubu ilə seçilir. Ümumi olaraq səliqəli və rahat bir dizayna malikdir. Lakin kontentin az olması diqqət çəkir. Daha geniş və əhatəli məlumatın təqdim edilməsi layihənin təsirini artırar. Uğurlar arzu edirəm!

Qadinkimi saytı
Saytın dizaynı kifayət qədər zəifdir. Məlumatın tapılması, vizual elementlər və media fayllar istifadəçi təcrübəsini təmin etmək üçün yetərsiz hazırlanmışdır. Saytın redizayn olunaraq daha müasir və cəlbedici üslubda yenilənməsi istifadəçi sayının nəzərəçarpacaq dərəcədə artmasına səbəb ola bilər. Ümumilikdə, saytın ən güclü tərəfi təqdim etdiyi kontentdir.

Elulaeng
Sayt Wordpress CMS konstruktoru üzərində hazırlanmışdır. Kontent baxımından zəngindir, lakin vahid stilistika mövcud deyil.Göründüyü qədəri ilə yerli sayt deyil. Ümumilikdə sayt funksional və istifadə üçün yararlıdır.

Initiativs Azerbaijan
Sayt WIX CMS platforması üzərində hazırlanmışdır. Dizayn baxımından ciddi çatışmazlıqlar mövcuddur. Şəkillər ölçü və keyfiyyət baxımından aşağı səviyyədədir, başlıq şəkilləri isə bir-biri ilə əlaqəsiz və koordinasiyasız yerləşdirilib. Ümumilikdə sayt gözlənilən standartlara cavab vermir və təkmilləşdirilməyə ehtiyac duyur.

OWASP BAKU
Sayt ümumi standartlara cavab vermir və çox zəif hazırlanmışdır. Dizayn və texniki baxımdan müasir tələblərə uyğun deyil. Saytın ümumi görüntüsü peşəkarlıqdan uzaqdır və daha çox sadə bir mətn redaktoru ilə hazırlanmış təsiri bağışlayır.

"Mənzil 111" kanalı
Kanalda maarifləndirici və faydalı məlumatlar paylaşılır, lakin texniki keyfiyyətlə bağlı bəzi çatışmazlıqlar mövcuddur. Çəkiliş, montaj və səs keyfiyyəti aşağı səviyyədədir. Həmçinin, bir çox videolarda istifadə olunan örtük (cover) dizaynları zəif hazırlanmışdır. Bu sahələrdə göstərilən çatışmazlıqlar aradan qaldırılsa, kanalın izləyici auditoriyasının əhəmiyyətli dərəcədə artar. Hal-hazırda 4 min abunəçisi olan kanal üçün 9 ay əvvəl yüklənmiş bir videoya cəmi 127 baxış qeydə alınması kifayət qədər zəif nəticədir.

"Mənzil 111" kanalı
Kanalın inkişafı üçün əlavə təkliflər də mövcuddur. Məsələn, "Shorts" formatında videoların əlavə olunması izləyici auditoriyasının artırılmasına əhəmiyyətli dərəcədə kömək edə bilər. Hazırda bu format YouTube platformasında çox populyardır və qısa zamanda daha geniş izləyici kütləsinə çatmaq üçün effektiv bir alət hesab olunur. Eyni zamanda, "Shorts" videoları vasitəsilə məzmun daha cəlbedici və dinamik şəkildə təqdim edilə bilər ki, bu da kanala yeni izləyicilər cəlb etməyə imkan yaradacaq.

Üzləşmə (Podkast)
YouTube kanalını bəyəndim və izləməyə başlayacağam. Kanal maraqlı və marifləndirici kontent təqdim edir. Videoların montajı, səs və işıq effektləri ümumilikdə yüksək səviyyədədir. Uğurlar arzulayıram!

Story.1az
Səhifənin loqosu daxil olmaqla, bir çox təkmilləşdirmə işləri görülməlidir. Postlar stilistik baxımdan bir-birindən fərqlidir və paylaşım dizaynları uğurlu deyil. Lakin ideya yaxşıdır və əgər uyğun şəkildə təqdim olunsa, uğur əldə etmək mümkündür.

Şəki təqvimi
Qrupu bəyənmədim. Paylaşılan mətnlər və istifadə olunan media materiallarına diqqət yetirilməyib. Qrupun cover şəkli və loqosu da redaktəyə ehtiyac duyur.

German Hospital
DataLife Engine CMS konstruktorunda hazırlanmış saytdır. Saytda yetərli miqdarda kontent mövcuddur. Lakin həkim şəkillərinin rəng korreksiyasına ehtiyac vardır. Laboratoriya bölməsindəki şəkillər saytın stilistikasına uyğun bir çərçivəyə əlavə edilə bilər. Yeniliklər bölməsi isə yenilənmir :) ən son 2021-ci ildə xəbər əlavə edilib.

its.gov.az
Sayt müasir üslubda peşəkar şəkildə hazırlanıb. Rənglərin seçimi, ikonların dizaynı, bölmələrin yerləşdirilməsi və şəkillərin keyfiyyəti yüksək səviyyədədir. Kontent baxımından da hər şey qaydasındadır, bu isə böyük əmək sərf olunduğunu göstərir. Gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirəm!

e-Customs
Saytın dizaynı olduqca uğurludur. Nəzərə alsaq ki, bu platforma geniş auditoriya üçün nəzərdə tutulub, dizaynın əsasən maksimal kreativlikdən daha çox istifadəçi dostu olması vacibdir. Bu baxımdan, saytın məqsədə çatdığı aydın şəkildə görünür. Eyni zamanda, son dövrlərdə bəzi dövlət qurumlarının elektronlaşmaya verdiyi önəmi yüksək qiymətləndirirəm və bu istiqamətdə atılan addımları alqışlayıram.

Azərbaycan Respublikasının Ali Məhkəməsi
Sayt səliqəli, sadə və anlaşılan şəkildə hazırlanmışdır. Hakimlərin şəkilləri seçilmiş üsluba çəkilib. Logoların animasiyaları gözoxşayandır, lakin dövlət qurumu üçün bir qədər uyğunlaşdırılması məqsədəuyğun olardı. Statistik məlumatların və vizualların təqdimatı yüksək səviyyədədir. Ümumilikdə, sayt peşəkar və cəlbedici bir təsir bağışlayır.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi
Slider şəkillərinin, daxili kontent ölçülərinin və şriftlərin ən azı iki dəfə kiçildilməsi məqsədəuyğun olardı. Əgər bu sayt xüsusi istifadəçi seqmentinə uyğun olaraq hazırlanıbsa, belə dəyişiklikləri real vaxt rejimində həyata keçirmək üçün xüsusi əlavələr mövcuddur. Bu cür alətlərdən istifadə edərək, istifadəçi istəyinə uyğun və real vaxtda dəyişiklikləri daha çevik və effektiv şəkildə tətbiq edə bilər. Saytın rəng palitrasını daha sakit və uyğun tonlarla əvəz etmək, həmçinin "Layihələr" bölməsindəki ikonları yeniləmək saytın ümumi estetik görünüşünü daha da yaxşılaşdıracaqdır.

Competition
Sayt peşəkar şəkildə hazırlanmışdır. Kontentə, dizayna və istifadəçi rahatlığına xüsusi diqqət yetirildiyi açıq şəkildə hiss olunur. Hər hansı əlavə iradım yoxdur; sayt ümumilikdə çox bəyəndim.

Dövlət Gömrük Komitəsi
Sayt ümumilikdə normal və funksional təsir bağışlayır. Lakin "Özün et" və "Xidmətlər" bölmələrinin üslub baxımından əsas saytdan fərqləndiyini qeyd etmək olar. Slider bölməsi isə daha sadə və yığcam şəkildə tərtib oluna bilərdi. Ümumilikdə sayt qənaətbəxş görünüşə malikdir.

Azstand
Slider və ikonların daha müasir üsluba malik dizaynda hazırlanmasını tövsiyə edərdim. "Ən çox tələb olunan standartlar" bölməsində yerləşən "Ətraf mühiti idarəetmə sistemləri" alt bölməsinin şəkil ölçüsünün digər bölmələrdən fərqləndiyi müşahidə olunur. Həmçinin, bu linkə daxil olduqda saytın rus dili versiyasının açılması istifadəçi təcrübəsini bir qədər azalda bilər. Boz rəng elementlərinin çoxluğu isə vizual baxımdan boğucu təsir yarada bilər. Bu məsələlərə diqqət yetirilməsi saytın ümumi keyfiyyətini daha da artıracaqdır.

"ABAD" publik hüquqi şəxs
Yazılan digər fikirlərlə tamamilə həmfikirəm. Saytın açılma sürətinin zəif olduğu nəzərə çarpır. Üslub baxımından kölgə effektlərinin artıq müasir saytlarda geniş tətbiq olunmadığını qeyd etmək istərdim və bu məsələyə diqqət yetirilməsini tövsiyə edirəm. Saytda rənglərin həddindən artıq çoxluğu istifadəçinin diqqətini cəmləməsinə mənfi təsir göstərə bilər. Məhsullar üçün ayrıca daxili səhifələrin olmaması isə ciddi çatışmazlıqdır. Bu səhifələrin əlavə edilməsi və hər məhsul haqqında daha ətraflı məlumat, eləcə də müxtəlif şəkillərin yerləşdirilməsi istifadəçi təcrübəsini xeyli yaxşılaşdıracaqdır. Belə bir təkmilləşdirmə saytın əsas məqsədi olan satışları artırmaq və müştəri məmnuniyyətini təmin etmək baxımından mühüm rol oynaya bilər. İstehlakçının daha məlumatlı olması satış prosesinin sürətlənməsinə və effektivliyinə müsbət təsir göstərəcəkdir.

Əmək münasibətlərində ilin ən yaxşı hökümət saytı
Sayt dinamik şəkildə hazırlanmışdır, lakin dizayn baxımından zəif təsir bağışlayır. Slider menyusunun dəyişdirilməsini tövsiyə edərdim. Dövlət qurumu saytında iki nəfərin əl sıxma səhnəsi uyğun görünmür və bu elementin əvəzinə daha informativ və məqsədəuyğun bir slider əlavə edilməsi saytın effektivliyini artırardı. Bununla yanaşı, saytda kontentin az olmasına baxmayaraq, yüklənmə sürətinin zəif olması diqqət çəkir. Bu problemi aradan qaldırmaq üçün optimallaşdırma işlərinin aparılması vacibdir.

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsi
Saytın dizaynı köhnə üslubda hazırlanıb və bu, xüsusən bölmələr və ikonlar baxımından diqqətə çarpır. "Elanlar" bölməsi boşdur və "Haqqımızda" bölməsində çox az məlumat mövcuddur. "Xidmətlər" bölməsindəki standart nümunələr hissəsində şəkillər yüklənməyib və məlumat yoxdur. Foto və video qalereyasının isə ən son yenilənmə tarixi 2022-ci ilə aiddir. Regional ünvanlar bölməsinin informativ şəkildə olması yaxşıdır.

Smart Customs
Daim istifadə etdiyim bir tətbiqdir. Flat dizayn üslubunda hazırlanmış şəkillər informativdir və vizual olaraq aydın təqdim olunub. İnfoqrafik elementlər səliqəli və anlaşılan şəkildə verilib. İstifadəçidə hansı addımı necə atmalı olduğu ilə bağlı heç bir sual yaranmır, çünki hər şey addım-addım və sadə şəkildə təqdim edilib.

e-Tabib
Dizayn istifadəçini yormur və maskot daxil olmaqla üslub yaxşı hazırlanıb. Lakin digər dillərin dəstəklənməsi və naviqasiya ilə bağlı mövcud problemlərin həll edilməsi saytı daha da effektiv edər.

E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Təəssüf ki, tətbiqi yükləyə bilmədim. Lakin yalnız ekran şəkilləri əsasında deyə bilərəm ki, dizayn darıxdırıcı görünür.

E Vergi mobil tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Tətbiqi yüklədim. Lakin funksionallığın məhdud olduğunu düşünürəm. Gələcəkdə daha çox əməliyyat və seçimlər əlavə edildikdə, istifadəçi sayının artacağına inanıram. Dizayn isə qeyd etdiyim kimi sadədir.

Şəki Ensiklopediyası
Sayta daxil ola bildim. Sayt MediaWiki üzərindən hazırlanıb və buna görə də dizaynı və strukturu Wikipedia səhifəsinə çox oxşayır. Düşünürəm ki, məlumatların paylanma tezliyini artırmaq və saytı yenidən kodlaşdırmaq, yaxud hazır CMS üzərində qurmaq saytın funksionallığını və effektivliyini daha da yaxşılaşdıra bilər.

HireMood
Saytda dil seçimi üçün pop-up səhifə açılır, bu isə istifadəçi təcrübəsini bir qədər çətinləşdirə bilər. Saytın dizaynı orta səviyyədədir. "Rəylər" bölməsi menyuda mövcuddur, lakin saytın özündə bu bölməni tapa bilmədim.

Şahdağ xalqları
Sayt DataLife Engine CMS üzərindən hazırlanıb. Dizayn köhnə üslubda olub və ən son xəbər 4 noyabr tarixində yerləşdirilib. Xəbərlərin yenilənməsi sürəti zəifdir.

Vüsal Məmmədzadə YouTube kanalı
Kanal maraqlıdır. Videoların keyfiyyətinin artırılması, montaj və cover dizaynı üzərində işlər aparılması daha yaxşı nəticələr əldə etməyə kömək edər.

Hilal Abdullayeva
Çəkiliş, ziyarət edilən yerlər və keyfiyyət əladır. Yeganə tövsiyəm, video üzərindəki dizayn işlərinə daha çox diqqət yetirilməsi və Instagram "Highlights" bölməsi üçün logoların hazırlanmasıdır.

YUSPACE
Vüsal bəyin videolarını çox bəyənirəm. Araşdırmalar və montaj üzərində böyük əmək sərf edir. Videolarında daim trenddə olan mövzulardan marifləndirici məlumatlar təqdim edir. Gələcək işlərində uğurlar arzu edirəm.

Dövlət Məşğulluq Agentliyi
Bəzi video kontentlər xarici ümumi səhifəni gözəl bir şəkildə təqdim edir. İşlərini çox bəyənirəm. Bütün paylaşımlarda çərçivə istifadə olunmur, əksinə, hər bir paylaşımda individual yanaşma tətbiq edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
Daim yeni kontent paylaşılır və paylaşımların üslubu vahid bir üslub üzərində qurulub. İşləri bəyənirəm. Uğurlar arzu edirəm.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsi
Paylaşımlarının əsas hissəsini fotoşəkillər təşkil edir. Post dizaynları isə nadir hallarda diqqət çəkib və ümumilikdə orta səviyyədədir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Paylaşım dizaynlarını bəyəndim. Daimi olaraq kontent paylaşılır və bütün postlara individual yanaşılır. Səhifə mütəmadi olaraq gözəl şəkildə idarə olunur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Instagram səhifəsi ilə eyni paylaşımlar yer alır. Orada qeyd etdiyim bütün məsələlər bu səhifəyə də aiddir.

Əmək münasibətlərində ilin ən yaxşı hökümət sosial şəbəkə kanalları
Bəzi postlar vahid stilistika çərçivəsindən kənara çıxsa da, ümumilikdə Facebook səhifəsi yaxşı şəkildə icra olunub. Paylaşımlar arasında tutarlılıq qorunmuşdur və səhifə vizual olaraq cəlbedici görünür. Həmçinin, səhifənin idarə edilməsi və kontentin müntəzəm paylaşılması istifadəçi təcrübəsini müsbət təsir edir.

Azstand
Daxilində montajı yüksək keyfiyyətlə hazırlanmış videolar və zövqlə dizayn edilmiş postlar olsa da, bəzi videolar və paylaşımlar üslubdan kənara çıxmışdır. Ümumi olaraq səhifə yaxşıdır və məzmun mütəmadi olaraq cəlbedici şəkildə təqdim edilir.



// TƏRƏFDAŞLAR
Müsabiqənin tərəfdaşları və dostları
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
TƏRƏFDAŞLARI
KİBERTƏHLÜKƏSİZLİK ÜZRƏ PARTNYOR
INFORMASIYA TƏRƏFDAŞLARI
2024 | Copyright © NETTY | Hosted by host.az | Site by RENLEY